Yuxarı

Putinin adamı Ukraynanı hədələdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Sonuncu dəfə Ukraynanı vəziyyəti sabitləşdirməyə çağırırıq".

"Axar.az" xəbər verir ki, bu sözləri Rusiya prezidenti Vladimir Putinin nümayəndəsi Dmitri Peskov BMT Təhlükəsizlik Şurasını çağırmaq tələbi ilə çıxış edərkən deyib.

Onun sözlərinə görə, Moskva iki həftə əvvəl imzalanmış Cenevrə razılaşmasına əməl edir. Amma Ukrayna silahlı birləşmələri bu razılaşmanın şərtlərini pozub:

"Rəsmi Kiyev sülh uğrunda atılan addımları nəzərə almayaraq hərbi hava qüvvələrini hərəkətə gətirdi. Sonuncu dəfə ümid edirik ki, Kiyev Cenevrə razılaşmasının yerinə yetirilməsi üçün səy göstərəcək. Bu, Ukraynaya deyəcəyimiz son sözümüzdür".

Hazırda Ukraynanın cənubunda Odessa şəhərində ruslarla vahid ölkə tərəfdarları arasında gedən toqquşmalarda 30-dan çox adam öldürülüb. Ukrayna silahlı qüvvələri anti-terror əməliyyatlarına başlayaraq Kramatorsk şəhərinə daxil olublar, ərazinin rus separatçılarından təmizlənməsi xeyli sayda insan tələfatına səbəb olub.

Daxili İşlər naziri Arsen Avakov deyib ki, silahlı qüvvələr slavyançı qüvvələri Kramatorskda məğlub edib, televiziya qülləsini ələ keçiriblər. Amma hadisələr heç də Avakovun dediyi şəkildə cərəyan etmir. Odessanın Sovet həmkarlar ittifaqı binasının yandırılması ölkənin təcavüzlə üz-üzə qaldığını deməyə əsas verir.

Bu arada isə ABŞ prezidenti Barak Obama ilə Almaniya kansleri Angela Merkel arasında görüşdə Rusiyaya qarşı sanksiyalar müzakirə olunub. Liderlər Rusiya üçün sanksiyaların qaçılmaz olduğunu bəyan ediblər.

Obama Putini Ukrayna ilə bağlı siyasətində dəyişiklik etməyə çağırıb:

"Rusiyanın Ukraynanın ərazi bütövlüyünə və daxili siyasətinə qarışmaq hüququ yoxdur".

Tarix
2014.05.03 / 17:39
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Mübarizə qızışır: Kim ilk ensə, ərazi onun olacaq!

Bakıya qarşı sanksiya çağırışı - İcmadan reaksiya

Əliyev İrəvana seçim üçün iki yol təklif etdi

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla