Yuxarı

NATO Türkiyə-Azərbaycan hərbi əməkdaşlığına izn verəcək

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"NATO-ya maraqlı olacaq ki, Türkiyə tranzit və enerji dəhlizlərinin təhlükəsizliyini təmin etsin".

Bu sözləri "Axar.az"a açıqlamasında politoloq Vəfa Quluzadə deyib.

O, Azərbaycan Prezidentinin Gürcüstana səfərini siyasi aktivlik adlandırıb:

"İndiki zamanda belə siyasi aktivliyə böyük ehtiyac var. Azərbaycanın çox əhəmiyyətli qonşuları var. Bunu həm siyasi, həm də iqtisadi baxımdan adlandırmaq olar. Onun Azərbaycanla yanaşı dünya siyasətində də böyük çəkisi var. Azərbaycan, Gürcüstan, Türkiyə eyni milli maraqlarla bir-biriylə sıx əlaqədədir. Bu üç ölkə bütün regionun varidatının Avropa bazarlarına axınını təmin edir. Ən əhəmiyyətli məsələ isə burada enerjidir. Ona görə də bu üç ölkə özlərinin hər tərəfli əməkdaşlıqlarını təmin etməlidirlər. Bu səfərdə belə əməkdaşlığa xidmət edir. Üstəlik, hər üç ölkə maraqlıdır ki, stabil vəziyyətdə yaşasınlar. Əməkdaşlıq da bu stabilliyin təmin olunmasına xidmət edir".

Politoloq Türkiyənin Azərbaycana dəstək verməsinə NATO-nun da razılıq verəcəyini qeyd edib:

"Türkiyə digər iki dövlətin hər birindən böyükdür. Ona görə də o, hər iki ölkənin təhlükəsizliyinə böyük töhfələr verə bilər. İndiki çətin şəraitdə Türkiyə bu əməkdaşlığın hərbi qanadını təşkil edə bilər. Əgər əsgəri təminat verilsə, biz öz maraqlarımızı doğru şəkildə həyata keçirə bilərik. Gürcüstan və daha sonra Türkmənistana səfər əhəmiyyətlidir. Bunlardan əvvəl isə Türkiyə prezidentinin Azərbaycana gəlişi böyük məna kəsb edir. Mən hesab edirəm ki, artıq vəziyyət dəyişib. Əgər Ukrayna hadisələrində əvvəl Türkiyə Azərbaycana əsgəri yardım vermək fikrində olsaydı, ona çətinlik yaradardılar. Amma indi NATO maraqlı olacaq ki, Türkiyə tranzit və enerji koridorlarının təhlükəsizliyini təmin etsin. Mən hesab edirəm ki, Türkiyə artıq NATO-nun dəstəyinə arxalanıb hərəkət edə bilər".

Qeyd edək ki, İlham Əliyev mayın 5-də Gürcüstana səfər edəcək. Səfər ərəfəsində Türkiyə, Gürcüstan, Azərbaycan liderlərinin görüşü nəzərdə tutulur.

Tarix
2014.05.03 / 14:51
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla