Ana səhifə Gündəm |
Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili Azərbaycana səfəri çərçivəsində Bakının Əhmədli qəsəbəsində olub.
Sabiq prezidentin Əhmədliyə getməsinin səbəbi Bakı Kinoteatrı yaxınlığında yerləşən "Diaqnoz Tibb Mərkəzinə" baş çəkməsidir.
Belə ki, M.Saakaşvili klinikada işləyən LOR ( burun-boğaz həkimi-red) Cərrah Qəmbər Hacıyevlə görüşüb və onun müayinəsindən keçib.
Əldə etdiyimiz digər məlumata görə, Q.Hacıyev 1988-2009-cu illərdə Tiblisi 7 saylı şəhər klinik xəstəxanasında işləyərkən Mixail Saakaşvili onun xəstəsi olub. Bakıya səfəri zamanı sabiq prezident keçmi. həkiminə baş çəkərək müayinədən keçib.
Qeyd edək ki, M. Saakaşvili aprelin 27-də Bakıda keçirilən II Qlobal Müştərək Cəmiyyətlər Forumunda iştirak etmək üçün Azərbaycana gəlmişdi. Bu, Saakaşvilinin prezidentlik müddəti başa çatdıqdan sonra Azərbaycana ilk səfəri idi./Azvision.az/
Tarix
2014.05.03 / 13:33
|
Müəllif
Axar.az
|