ABŞ dünyanın müxtəlif yerlərində elə bir raket gizlədib ki...
13:35
Ana səhifə Gündəm |
"Ukraynanın qətiyyətliliyi Putinin bütün planlarını alt-üst edəcək".
"Axar.az" xəbər verir ki, bu sözləri Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili öz feysbuk profilində yazıb.
Onun sözlərinə görə, ukraynalılar bundan sonra geri çəkilməməlidir:
"Ukraynalılar geri çəkilə bilməzlər, əks halda hər şeyi itirə bilərsiz. Ukraynanın cənub və qərb əhalisinin əksəriyyəti Ukraynanı dəstəkləyir. Ona görə də heç bir halda az da olsa zəiflik göstərməməlisiz. Düşmənə qarşı var-gücünüzlə vuruşmalısınız. Sizin qətiyyətliliyiniz Putinin bütün planlarını alt-üst edəcək. Putin nə qədər xox gəlsə də, o ya geri çəkiləcək, ya da hər şeyi itirəcək. Mən nəinki Ukraynanı sevirəm, həm də ona inanıram".
Tarix
2014.05.03 / 11:54
|
Müəllif
Ülkər Cəfərova
|