Yuxarı

"Moskvaya bel bağlamaq olmaz"

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Böyük Quruluş Partiyasının (BQP) sədri Fazil Mustafa Azərbaycan-Rusiya münasibətlərinin hansı səviyyədə qurulmasının vacibliyindən danışıb .

Məlumata görə, BQP başqanı qeyd edib ki, Rusiya ilə bağlı siyasətdə müəyyən dəyişikliklərin edilməsi, münasibətlərin normallaşdırılması həmişə aktualdır:

"Bütövlükdə Rusiya ilə münasibətləri Türkiyə ilə münasibətlərə paralel götürmək olmaz. Türkiyədə bu gün ola bilsin ki, hökumətin addımları səhvdir, bilmədiyimiz təzyiqlərin nəticəsində bizə uyğun olmayan addımlar da atılır, bunları etiraf etmək lazımdır. Türkiyənin kritik anda hansı addımlar atacağı və Azərbaycanın yeganə dəstək yeri olduğu faktını da unutmamalıyıq. Biz bu faktı unudarıqsa çox şeylər itirərik. Buna görə də məsələyə dar çərçivədən baxmaq olmaz. Türkiyə ilə münasibətləri zədələyən addımdan çəkinməliyik. Nə qədər problemlər yaşamağımıza baxmayaraq, ümüd yerimiz Türkiyəni unuda bilmərik. Bizim Rusiya ilə münasibətlərimizin inkişaf etdirilməsi Türkiyə ilə münasibətlərimizə mane olmamalıdır. Bizim Rusiyaya yaxınlaşmağımız o demək deyil ki, Rusiya bizə hörmətlə yanaşacaq. Rusiya həmişə olduğu kimi bizə qarşı spesifik siyasətini daha da artıra bilər. Rusiyaya ən çox yaltaqlanan ölkəyə belə daha böyük zərbə vurma ehtimalı böyükdür. Çünki Rusiyanın siyasətində sabitlik müşahidə olunmur. Moskvaya bel bağlamaq olmaz". /Teleqraf.com/

Tarix
2014.05.03 / 10:30
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakıya “sanksiya siyahısı”na sevinən azərbaycanlılar…

Bu, sülhə doğru görünən addımdır - Almaniya

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla