Yuxarı

Abbas Abbasov “beşinci kolon”un nümayəndəsidir

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Necə oldu ki, bir zamanlar siyasətə qarışmadıqlarını deyən oliqarxlar bir günün içərisində birləşdilər?"

Bu sözləri "Axar.az"a açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.

O, Abbas Abbasovun "beşinci kolon"un nümayəndəsi olduğunu bildirib:

"Bu adam "Milyarderlər İttifaqı"nın yaradılmasında mühüm rol oynayıb. İndi şübhələr var ki, Rusiya ondan istifadə edəcək. İkincisi isə Ukrayna məsələsində Putinin mövqeyini müdafiə etdi, amma susa da bilərdi. Bütün bu məsələlərə nəzər yetirəndə Abbas Abbasovu tənqid etməyə haqqımız çatır. Abbas Abbasovu "beşinci kolon"un nümayəndəsi adlandırmaq olar. Bir adam Putin etdiklərini düz hesab edirsə, yəni Krım yaxşı ki, işğal olunub söyləyirsə, Azərbaycan Rusiyanın maraqlarını nəzərə almalıdır deyirsə, ondan başqa nə gözləmək olar? Bu "beşinci kolon" deyilsə nədir?"

Politoloq "Milyarderlər İttifaqı"nın ölkə üçün böyük təhlükə olduğunu söyləyib:

"Saakaşvilinin müsahibəsindəki sözlərlə razıyam. Necə oldu ki, bir zamanlar siyasətə qarışmadıqlarını deyən oliqarxlar bir günün içərisində birləşdilər? Bunlar şübhələr, suallar yaratmırmı? Həmin oliqarxların Gürcüstanda toplaşmaları barədə də xəbərlər var idi. Suallar o qədər çoxdur ki, Abbas Abbasov bu suallara cavab verməkdə acizdir. Əksinə öz açıqlamaları ilə işi qəlizləşdirir. Abbas Abbasov "beşinci kolon"un ən güclü nümayəndələrindən saymaq olar. Bu gün Kremldəki bütün qapıları təpiklə açırsa, demək istəyir ki, Putinlə birbaşa əlaqəsi var. Putinin isə indi həyata keçirdiyi siyasət göz qabağındadır. Gürcüstan, Ukrayna parçalanır. Gələcək talelərinin nə olacağı bəlli deyil".

Qeyd edək ki, dünən Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili də Putinin azərbaycanlı milyarderlərdən ittifaq yaratdığını və bunun ölkəmizə qarşı istifadə edəcəyini bildirmişdi.

Tarix
2014.05.03 / 09:38
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla