Yuxarı

Bakı polisi gücləndirilmiş rejimdədir – Usubovdan göstəriş

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hazırda Bakı ərazisində polis gücləndirilmiş iş rejimində çalışır.

"Axar.az" əməkdaşının müşahidələrinə görə, gecə saatlarında yol polisi əməkdaşlarının fəallığı və patrulu gücləndirdiyi hər addımda hiss olunur.

Növbədə olan yol polislərindən birinin verdiyi məlumata görə, bu gün Daxili İşlər Nazirliyində Kollegiya iclası keçirilib və həmin iclasda nazir Ramil Usubov qəti tapşırıqlar verib:

"Nazirin sərxoş sürücülərə və avtoşlara heç bir halda güzəşt edilməməsi barədə ciddi göstərişi var. Başqa hər hansı yol hərəkəti qaydası pozmağa güzəşt oluna bilər, amma sərxoşluq və sürət həddinin artırılması, avtoşluğun dərhal və qəti şəkildə cəzalandırılması barədə göstəriş almışıq", - deyə polis əməkdaşı bildirib.

Sərxoş sürücünün və ya avtoşun həbsi, sürücülük hüququndan məhrum edilməsi birmənalıdır: "Tapşırıq verilib ki, kimliyindən asılı olmayaraq, dərhal tədbir görək".

Əməkdaşımız yol polisinin sürət həddini azacıq da olsa qaldıran sürücülərin arxasınca anında hərəkətə keçdiyi, sərxoşluğu şübhə doğuran sürücünün isə dərhal saxlanıldığını müşahidə edib. Polis bəzən saxladığı sürücünün sənədini də yoxlamır, sadəcə, sərxoş olub-olmadığını müəyyənləşdirərək, ona uyğun addımlar atır. Maraqlıdır ki, əməkdaşımız yol polislərinin bir yerdə dayanmadığı və saxladığı sürücü ilə ənənəvi olaraq uzun-uzadı danışmadığı, müzakirə açmadığını və çox vaxt itirmədiyini də müşahidə edib.

Tarix
2014.05.03 / 01:48
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ermənistanda növbədənkənar seçkilər olacaq?

CHP lideri AŞPA-da Azərbaycana dəstək oldu - Video

Tiflisdə prezident hökumətə qarşı – Nə baş verir?

Bu, Makronun Bakıya qarşı yeni hücumudur

Makron Bakıdakı səfiri niyə geri çağırdı? - Markov

Rus sülhməramlıları buna görə Qarabağdan çıxdı - Markov

Abdullahian Türkiyədə: Konsulluğa getdi

Əli Əsədovun rəhbərliyi ilə iclas keçirildi - Foto

MN-dəki 9 milyonluq mənimsəmə ilə bağlı növbəti məhkəmə

Moskva bütün məsələləri Bakı ilə həll edib - Naumov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla