Yuxarı

Marsa “selfie” göndərməyin qiyməti - 1 dollar

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Duke Universitetinin tələbələri Marsa buraxdıqları peyk üçün maraqlı maliyyə mənbəyi tapıblar.

"Axar.az" xəbər verir ki, şagirdlər internet vasitəsi ilə kampaniyaya başlayıblar.

Marsa göndərməyi planlaşdırdıqları peykin içinə 2 terabayt həcmində bir yaddaş yerləşdirəcəklərini və layihə üçün 1 dollar hədiyyə edən hər kəsin özünün "selfie" fotoşəkilini bu yaddaşa yükləyəcəklərini açıqlayıblar.

Daha çox hədiyyə edərək yaddaşın içinə videolar yerləşdirmək də mümkün olacaq.

Qeyd edək ki, "Marsa zaman kapsulası" layihəsində dünyanın hər yerindən iştirakın mümkün olduğu bildirilir. Layihənin həyata keçməsi üçün 30 milyon dollar və ya başqa cür desək 30 milyon "selfie" fotoşəkili lazımdır.
Layihəni gerçəkləşdirməkdə olan tələbələr gələcək 3 il ərzində peyki Marsa buraxmağı planlaşdırırlar.

Əgər layihə uğurlu alınsa, Duke tələbələri Marsa peyk göndərən ilk özəl təşəbbüskarlar olacaqlar.

Layihənin internet səhifəsində zaman kapsulası fikri bu şəkildə bildirilir: "Bu layihə dünyanın dörd bir tərəfindən insanları əhatə edəcək. Bu zaman kapsulası ilə hər kəs gələcəkdə Marsa gedəcək insanlara bir mesaj vermək şansı əldə etmiş olacaq. Kapsulada yerləşdirilən mesajlar Marsda koloniya qurmağa gedən ilk insanlar üçün çox mənalı olacaq".

Tarix
2014.05.03 / 01:32
Müəllif
Şəmsəddin Ensar
Şərhlər
Digər xəbərlər

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

İrəvan Fransanın oyunlarına getməməlidir! - İcma

Paşinyan separatçıları hədələdi: Bir hakimiyyət var!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla