Yuxarı

Ulvira: “Namusdan danışanlardan uzaq qaçıram”

Ana səhifə Maqazin
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Qadınların özlərini namuslu kimi təqdim etməsi məndə qıcıq yaradır. Əgər bu namus səndə varsa, bunu niyə bayraq edirsən".

Bu sözləri tanınmış teleaparıcı Ulvira Qarayeva "Axar.az"a insanların sosial şəbəkələrdə özlərini reklam etməsinə münasibət bildirərkən dedi.

Ulviranın sözlərinə görə, bəzi insanlar öz hərəkətləri ilə onu qıcılandırır:

"Müğənnilər və ya tanınmışlar nəsə edəndə onları qınayırlar. Onlar şou yaratmalıdır da. Ümumiyyətlə, maşınını göstərsə də, hər nədən danışsa da şou yaratmalıdır. Çünki onun çörəyi şoudan çıxır. Amma sıravi insan səhərdən axşama qədər sosial şəbəkədə bahalı maşınının şəklini paylaşanda, qadınlar namusdan danışanda, adam qıcıqlanır. İnsan öz maşını ilə özünü reklam edir, namussuz da namusdan danışır. İnsan ən dəyərsiz şeyini özü ilə reklam edər də, əgər özünü sevirsə. Məsələn, Odri Höpbörn getdi Afrikaya, ac-yalavac uşaqları yedirtdi. O öz gözəlliyi və nümunəsi ilə heç kimə maraq doğurmayan şeyi populyar etdi və gündəmə gətirdi. Durub maşının yanında şəkil çəkdirir, sonra da paylaşırlar. Ayıbdır, vallah, adama deyərlər, bu nə görməmişlikdir. Hamının çörəyi də var, maşını da. Bu görməmişlik nəyə lazımdır? Qaldı namus məsələsinə, o kim ki deyirsə mən namusluyam, elə ən namussuzu odur. Namus məsələsində bir-iki nəfər var ki, onların əvəzinə and içmək olar. Bir deyim var, "oğru əlidüzlükdən danışar, namussuz da namusdan". Əgər bu namus səndə varsa, bunu niyə bayraq edirsən? O insanlar ki, səhərdən axşama namusdan danışır, onlardan uzaq dururam".

Tarix
2014.05.03 / 01:14
Müəllif
Gülnarə Kərimova
Şərhlər
Digər xəbərlər

Ermənistan Azərbaycanın beşdə birini işğal etdikdən sonra...

Əliyevlə Şoltsun təkbətək görüşü başladı

Ağdamda heç nə etməyən mərkəz bağlandı

Qumda Azərbaycana qarşı növbəti tədbir keçirildi

İlham Əliyev Almaniyada mühüm tədbirdə... - Foto

COP29 bizə imkan verəcək ki... - Prezident

Qafqazda Rusiyanın yalnız bir tərəfdaşı var - Fenenko

Bu, gördüyümüz işlərin tanınmasıdır - Prezident

Sülhməramlılar Qarabağda buna nail oldular - Rus general

Azərbaycan XİN-dən Avropa Parlamentinə cavab

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla