Yuxarı

Putinin başına 100 milyon pul qoyuldu - Foto

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynanın Dnepropetrovsk vilayətinin rəhbəliyi ətrafdakıları təəccübləndirməkdə davam edir. Belə ki, bu gün vilayət rəhbərinin müavini Boris Filatov yeni bəyanatla çıxış edərək, Rusiya prezidenti Vladimir Putinin fiziki məhvinə görə 100 milyon dollar vəsait ödəməyə hazır olduqlarını bildirib.

"Axar.az" xəbər verir ki, Filatov alternativ variant da təklif edərək, Rusiya dövlət başçısının fiziki məhvi alnmayacağı təqdirdə onun hakimiyyətdən getməsinə cəhd edənlərə də analoji civarda qonorar ödəməyə hazır olduğunu dilə gətirib.

Qubernator müavini Filatov isə fikrini belə əsaslandırıb ki, iki qardaş xalqın üz-üzə gəlməsinin, günahsız əsgər və zabitlərin gərginlik altında qalmasının təkcə bir günahkarı var – o da Vladimir Putindir.

Yeni təklifin şərtləri və tezisləri mayın 5-nə qədər bəyan ediləcək.

Qeyd edək ki, ilk bu tip addımlar vilayət qubernatoru İqor Kolomoyski tərəfindən atılmışdı. O, separatçıları və müxtəlif çaplı silahları təhvil verənlərə müəyyən miqdarda pul ödəyəcəyini demişdi.

Tarix
2014.05.02 / 15:37
Müəllif
Ruslan Məmmədoğlu
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla