Yuxarı

Toy karvanında qəzalar: 9 ölü, 32 yaralı - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son 3 ayda toy karvanındakı avtomobillərin iştirakı ilə12 yol qəzası baş verib.

Toy karvanlarının bəziləri yol hərəkəti qaydalarına məhəl qoymur. Hətta, bu qayda pozuntusu fonunda avtomobillərin nömrə nişanlarında xüsusi dəyişikliklər etməklə onları gizlətməyə çalışırlar. Yollarda qəza anları yaradır, ya da özləri qəzaya düşsələr belə nə yazıq ki, toy karvanlarının sürücüləri bu əməllərindən əl çəkmir. Nəticədə də ailənin şad günü dönüb olur, kədərli gün.

Az qala hər gün bu mənzərəyə şahid oluruq. Toy karvanında iştirak edən avtomobillər yolboyu səs siqnallarından lüzumsuz istifadə edir, yolun hərəkət zolaqlarını tutur, işıqforun qırmızı işığında dayanmadan hərəkət edir, üstəlik yolayrıclarını necə gəldi, keçirlər. Nəticədə isə bədbəxt hadisələr qaçılmaz olur. Elə tək son 3 ayda toy karvanlarındakı avtomobillərin iştirakı ilə 12 yol qəzası baş verib. Məhz bu hadisələrdə 4 nəfər ölüb,10 nəfər xəsarət alıb. Səbəbsə həmişə olduğu kimi yüksək sürətdir.

Bəzən də ehtiyac olmadan avtomobillərin həddən artıq asta sürülməsi yollarda süni tıxacların yaranmasına səbəb olur. Bu isə xüsusilə axşam saatlarına, yəni günün pik vaxtına, vətəndaşların işdən çıxdığı vaxta təsadüf edir. Ekspertlər hesab edirlər ki, toy karvanında avtomobillərin sayının azaldılmasına zərurət var. Çünki paytaxt küçələri heç də bu karvandakı nəqliyyat vasitələrinin tələblərini ödəmir. Ekspert Azər Allahverənovun fikrincə, toy karvanı üçün məqbul avtomobil sayı 4-5 olmalıdır. Bu nəqliyyat vasitələrini idarə edən sürücülərsə peşəkarlığı ilə seçilməlidir.

Ekspert Azər Allahverənovun sözlərinə görə, xarici ölkədə belədir ki, xüsusi şirkətlər bu avtomobilləri ayırır və onlara sürücülər müəyyən edilir, hansı ki peşəkardılar və hər cür vəziyyətdən çıxa bilirlər. Amma Azərbaycanda bəyin öz dost tanışlarının maşınlarından istifadə edir ki, bu, sonda əlavə problemlərə gətirib çıxardır.

Bakı şəhər Dövlət Yol Polis İdarəsi isə xüsusi İlə yollara bitişik ərazilərdə yerləşən şadlıq saraylarının qarşısında bir neçə cərgə ilə dayanan avtomobil sürücülərinə qarşı tədbirlər planı hazırlayıb. İdarənin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vaqif Əsədov sürücülərə xəbərdarlıq etdi:

"Hər gün axşam saatlarında müşahidə kameraları ilə bəy və gəlin cütlüyünün avtomobil karvanı izlənilir. Şadlıq saraylarının qarşısında qaydaları pozan sürücülərin avtomobilləri isə evakuatorla aparılacaq. Avtomobillərin nömrə hissəsində də xüsusi dəyişikliklərin edilməsi yolverilməzdir".

Statistikaya görə, təkcə ötən il paytaxtda toy karvanlarındakı avtomobillərin iştirakı ilə 47 yol nəqliyyat hadisəsi baş verib. Nəticədə 9 nəfər ölüb, 32 nəfər xəsarət alıb (ANS).

Tarix
2014.04.09 / 00:24
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Sərhəddə koordinatların dəqiqləşdirilməsi prosesi başladı

İrəvan 4 kəndlə bağlı elan etdi: Bu gün başlayır!

Sülhməramlıların çıxarılması davam edir - Yeni video

Milli Məclisin növbəti iclası başladı

Bakı ilə yaxınlıqdan hədsiz sevinə bilmirik...

İran 18 milyon azərbaycanlını sıxışdırır - ABŞ

Beyin mərkəzlərinin nümayəndələri yenidən Bakıda…

İrəvan bu məsələdə heç bir irəliləyiş əldə etməyib

Qırğızıstan prezidenti Ağdama gedəcək

Əliyev tələb etdi, İrəvan razılaşdı - Delimitasiya ssenarisi…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla