Yuxarı

Hüseyn Dərya üçün açılan hesabda şok məbləğ

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Böyük səs-küyə səbəb olan, günlərlə danışılıb bitməyən repçi Hüseyn Dəryanın ölümündən sonra fanatları onun üçün nə isə etmək qərarına gəliblər.

Mərhumun yasını keçirmək, eləcə də, qalan arxivini bir araya toplamaq üçün maddi köməyə ehtiyac olub.

Bunun üçün reperin əşyalarının satılması qərara alınıb. Lakin fanatlar buna etiraz edərək əşyaların satılmamasını, əvəzində bir araya toplaşıb pul yığacaqlarına söz veriblər.

Hüseynin ölümündən günlər ötdükdən sonra hesabda cəmi 50 manat pulun yığıldığı ortaya çıxıb. Yarımçıq qalmış mahnıların bir araya toplanması, eləcə də Hüseyn Dəryanın 40-na yığılacaq pulun bu qədər az olması onun dostlarını məyus edib.

Bu barədə məlumat verən təşkilatçı Samir Xəttab bildirib ki, bundan sonra əgər gözlənilən məbləğ yığılmazsa, hesabın ləğv olunacağı gözlənilir.

"Fanatlar əşyaların satılmasına mane oldular, dedilər ki, özümüz pul yığacağıq. O qədər insan cəmi 50 manat pul yığıb. Məbləğ planlaşdırdığımız işlərin öhdəsindən gəlməyə kömək etmir. Əgər pul yığılmazsa, hesab bağlanacaq" ("Show.az").

Tarix
2014.04.08 / 22:32
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

G7 Bakı və İrəvana çağırış etdi

Razılaşma: Bakı və İrəvanın sərhəd xidmətləri eyni vaxtda...

Delimitasiya prosesi davam etdiriləcək

Delimitasiya prosesi bu bəyannaməyə əsaslanacaq

Qazaxın 4 kəndi Azərbaycana qaytarıldı - Təcili

Delimitasiya görüşü: Bakı və İrəvan razılığa gəldi

İlham Əliyev Moskvaya gedir

İlham Əliyev Berlində Şoltsla görüşəcək

Bakının qaldırdığı ilkin etirazlara dair dinləmələr... - Haaqa

Bayramov Fələstinin baş naziri ilə danışdı: Qəzzadakı vəziyyət...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla