Yuxarı

Şəkidə mikroavtobus aşdı, bir nəfər xəsarət aldı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şəkidə mikroavtobus aşıb, bir nəfər xəsarət alıb.

"Axar.az" Kanal S-ə istinadən məlumat verir ki, bu gün saat 19:30 radələrində Şəki ərazisində yol qəza hadisəsi qeydə alınıb.

Hadisə Yevlax-Zaqatala-Gürcüstan magistral yolunun 16-cı kilometrliyində Şəkinin Turan qəsəbəsi ərazisində baş verib. Belə ki, hadisə zamanı Şəki sakini 1973-cü il təvəllüdlü Mehdiyev Mübariz Ağayar oğlu idarə etdiyi Mersedes markalı sərnişin mikroavtobusu ilə Xaldan istiqamətində hərəkətdə olarkən qəfildən idaretməni itirib və avtomobili aşırıb.

Qəza zamanı avtomobildə sürücü tək olub və o, yüngül bədən xəsarətləri alıb. Hadisə yerinə Şəki TTTYS-nin əməkdaşları cəlb olunub və xəsarət alan şəxsə elə hadisə yerindəcə ilk yardım göstərilib.

Faktla əlaqədar baş dövlət yol polisi idarəsinin istintaq bölməsi tərəfindən araşdırmalar aparılır. Qəzanın dəqiq səbəbləri aparılacaq araşdırmalardan sonra bəlli olacaq.

Tarix
2014.04.08 / 21:48
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ukraynalı deputatlardan etiraz: Rubenin Nobelə təqdimatı...

Delimitasiya prosesində vacib məqam... - Əmirbəyov

Ərdoğandan “erməni soyqırımı” ilə bağlı mesaj

Japarov Ağdamda məktəbin tikintisi barədə danışdı

Bu, Putinin Əliyevə böyük jesti idi - Kalaşnikov

ABŞ konqresmenləri Bakıda: MM-də mühüm müzakirə...

Ermənistana hərbi texnika daşınır: Bakı qərar verəcək - Ekspert

Japarov Bakıda: Mühüm iclas keçirildi - Foto

Qardaş ölkələrlə münasibətləri inkişaf etdiririk - Prezident

Azərbaycan-Qırğızıstan sənədləri imzalandı - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla