Yuxarı

FHN Sumqayıtdakı yol qəzası ilə bağlı açıqlama yaydı - Yeniləndi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

17:40

Sumqayıt şəhərində ağır yol qəzası baş verib.

"Axar.az" APA-ya istinadən xəbər verir ki, yol qəzası bu gün saat 17 radələrində Sumqayıt Texnologiya parkının yanında qeydə alınıb.

3 saylı xətt üzrə hərəkət edən "Daewoo" markalı sərnişin avtobusu "SHACKMAN" markalı yük avtomobili ilə toqquşub.

Polisdən qəza nəticəsində ölən və xeyli sayda yaralı olduğu bildirilir.

18:33

Bu gün Sumqayıt şəhərində baş verən ağır yol qəzasında ilkin məlumatlara əsasən 1 nəfər ölüb, 20-yə yaxın insan yaralanıb.

Sumqayıt şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından verilən xəbərə görə, ölən şəxs avtobusun sürücüsü Ramiz Qurban Oğlu Muradovdur. O, hadisə yerindəcə dünyasını dəyişib.

Yaralılar Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının Travmatologiya Şöbəsinə yerləşdirilib. Hazırda onların müayinələri aparılır.

20:20

Bakı-Quba yolunun 40-cı kilometrliyində "İsuzu" markalı sərnişin avtobusu ilə "Ford" markalı yük avtomobili toqquşması barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

"Axar.az" Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, "İsuzu" markalı avtobusun təxminən 20 nəfər sərnişini xilasedicilər çatana kimi yaralı vəziyyətdə xəstəxanaya aparılıb və sürücü Vaqif Azad oğlu Behbudov isə hadisə yerində vəfat edib.

Xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalmış sürücünün cəsədini çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Həmçinin, ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüblər. Əməliyyat saat 17:19-da başa çatıb. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Tarix
2014.04.08 / 20:20
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

Razılaşma: Bakı və İrəvanın sərhəd xidmətləri eyni vaxtda...

Delimitasiya prosesi davam etdiriləcək

Delimitasiya prosesi bu bəyannaməyə əsaslanacaq

Qazaxın 4 kəndi Azərbaycana qaytarıldı - Təcili

Delimitasiya görüşü: Bakı və İrəvan razılığa gəldi

İlham Əliyev Moskvaya gedir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla