Yuxarı

Oliqarx balalarının Bakıda 250 km/s-lıq hoqqası - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Feysbuk sosial şəbəkəsinin Azərbaycan seqmentində üç azərbaycanlı gəncin aeroport şossesindəki yarışması geniş müzakirə olunur.

Videodan aydın görünür ki, sürətə görə bəhsə girənlərin maşınları Nissan GTR R35 AMS700 ALPHA, Corvette Z06 Tuned və Cadilac CTS-V Hennessey-dir.

Maşınlardan birinin spidometri göstərir ki, avtomobillər saatda 250 km sürətlə hərəkət edirlər. Bu da kobul qayda pozuntusudur. Amma nə bu, nə də yoldakı radarlar bu ekstrim həvəskarları üçün narahatlıq yaratmır.

"Day.az" məsələyə aydınlıq gətirmək üçün Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsi İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədovla əlaqə saxlayıb.

"Mən bu videonu görməmişəm. Ancaq deyə bilərəm ki, aeroport şossesində icazə verilən maksimal sürət həddi 120 km/saatdır. Əgər sürücülərdən hansısa sürət həddini aşırsa, sözsüz ki, yol hərəkəti qaydalarının pozulmasıdır. Əgər maşınların nömrələri görünürsə, sürücülərə qarşı müvafiq tədbirlər görüləcək", – V.Əsədov bildirib.

Respublika Dövlət Yol Polisi İdarəsi İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev isə deyib ki, aeroport yolunda avtomatik rejimdə işləyən radarlar quraşdırılıb.

"Yollarda hətta radarların olduğu barədə nişan da quraşdırılıb. Sürət həddi aşıldıqda, sürücülər inzibati məsuliyyətə cəlb olunacaqlar", – o qeyd edib.

Tarix
2014.04.08 / 16:19
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq - Prezident

Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər...

Sığorta ödənişinin verilməsi qaydası dəyişdi

Prezident: Türkiyə ilə Ermənistan arasında yaxınlaşma…

Onlara bu şansı verməyəcəyik! - Prezident

Əli Əsədov yeni qərar imzaladı

Ermənistanla sülh sazişini imzalasaq… - Prezident

Ermənistanı bizə qarşı silahlandırırlar, gözləyə bilmərik!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla