Yuxarı

Muradın üzünə verilməyən suallara cavabı

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto

Özümlə bacara bilmirəm...

Bu gündən "Üzə verilməyən suallar" layihəmizə start verdik. Layihəmizin ilk qonağı yenicə Avropa ölkəsindən qayıdan Murad Köhnəqaladır. Həm bizə, həm də onun yaxın üç dostuna maraqlı idi ki, Murad bəy nə üçün Avropaya getmişdi və niyə geri qayıtdı. Onun dostlarının indiyə qədər Murad bəyə üz-üzə verə bilmədikləri sualları öyrəndik və ona ünvanlayıb, dostlarının vasitəsi ilə onun maraqlı cavablarını öyrənib həmsöhbət olduq.

İlk olaraq Salam Sarvanla əlaqə saxladıq və Murad bəyə üz-üzə verə bilmədiyi sualı öyrənib, cavablarını aldıq.

Salam Sarvan:

"Düzü, Muradın qorxmazlığı-ehtiyatsızlığı, daim qaynamağı-qaynaşmağı, ifrat çılğınlığı-narahatlığı həmişə məni narahat edib. Mən onun, nəhayət, bir balaca sakitləşməsini həmişə arzulamışam. Özündən heç vaxt soruşmadığım bu sualı sizin vasitənizlə ona ünvanlayıram:

- Onun özü bu barədə düşünürmü?

Cavab:

- Bəli, düşünürəm. Həmişə elə bilirəm ki, hər bir insan belədir. Amma hərdən baxıram ki, hər insan mənim kimi qaynayıb-qarışmır, mənim kimi həssas deyil, çılğın deyil, mənim kimi etiraf etməyi bacarmır. Amma bu mənim həyatımdır, taleyimdir, özümlə bacara bilmirəm.

Şərif Ağayarın sualları:

1. Adam da gül kimi Avropanı qoyub buralara gələrmi?

2. Yaman arıqlamısan... Xiffət eləyirdin?

3. Zarafat eləyirəm. Yaxşı ki, gəldin. Sənə çaxır qonaqlığı məndə... İçkini tərgitməmisən ki?

Cavab:

1. Gül kimi Avropanın gül kimi olmağından bizə dəxli yoxdur. Mən Avropada anladım ki, bir şərqli olaraq, yaxud da Murad Köhnəqala olaraq orada həyat kinosuna baxırdım. Həyat gözəl, insanlar gözəl, şəhər gözəl, cəmiyyət, quruluş, qanunlar gözəl... Mənə elə gəlirdi ki, orada kinoya baxırdım və iştirak etmədim.

2. Bəli! Mən beş ay hotel tipli binada qalmışam, hər gün normasında üç dəfə yemək veriblər. İşim-gücüm yatmaq, olan prosesi izləyib cavab gözləmək olub. Heç bir texniki iş görmürdüm. Ancaq şəxsi həyatımda olan problemlər məni sınıxdırıb. Mənim heç kök vaxtım olmayıb, həmişə arıq olmuşam.

3. Yox, içkini tərgitməmişəm, heç vaxt da tərgitməyəcəyəm. Həyatımın sonuna qədər içəcəyəm. Mən içkini hərdən özümə, bədənimə istirahət vermək üçün içirəm. Ancaq fasilələrlə də içkini buraxmışam. Zarafat etməyini də, əlbəttə, bilirdim; bilirəm ki, Şərif, sənin kimi dostlar mənim geri qayıtmağımı istəyir. Mən Avropada hamınızın haqqında düşünürdüm, tutaq ki, siz buralarda olardınız, sizinlə içərdim, qarşıma çıxardınız. Elə mən də sizinlə zarafat edirdim, həmişəlik gedə bilməzdim.

Əsəd Cahangir:

1. Niyə getmişdin?

2. Niyə qayıtdın?

3. Mustafa necədir?

Cavab:

1. Azərbaycan cəmiyyətindən bezmişdim, ona görə. Bu, hamıya bəllidir ki, bu cəmiyyətdə həssas insanlar yaşaya bilmir.

2. Müəyyən səbəblər var idi. Sevdiyim insanı apara bilmədim, ona görə də qayıtdım.

3. Mustafa mənimlə görüşmədi, çünki məndən küsüb.

Tarix
2014.04.08 / 16:10
Müəllif
Gülnarə Kərimova
Şərhlər
Digər xəbərlər

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü oldu

Prezident BƏƏ naziri ilə görüşdü

Kəmaləddin Heydərov müşavirə keçirdi

Əliyevin Ştaynmayerlə təkbətək görüşü keçirildi

Qazaxıstanın hərbi mütəxəssisləri ilə görüş keçirildi - Foto

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Xankəndidə

FHN-də tədrisin keyfiyyətinə xüsusi əhəmiyyət verilir - Foto

Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi

Bakıdan sülh sazişi ilə bağlı təkliflər aldıq - İrəvan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla