Yuxarı

Ərdoğan Bakıda nurçuluğu müzakirə etməsindən danışdı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfəri zamanı "paralel yapı" adlandırdığı Fətullah Gülən icması (nurçular) ilə mübarizə məsələsinin müzakirə olunduğunu açıqlayıb.

"Axar.az" APA-ya istinadən xəbər verir ki, baş nazir bunu rəhbərlik etdiyi Ədalət və İnkişaf Partiyasının (AKP) parlament fraksiyasının toplantısında çıxışında bildirib. O, "qardaş ölkə Azərbaycana səfərimiz zamanı paralel yapı məsələsini müzakirə etdik. Beynəlxalq platformalarda bu məsələ gündəmimizdə olacaq", - deyib.

R. T. Ərdoğan Fətullah Gülənin din adamı deyil, qanunsuz örgüt (təşkilat) lideri və holdinq rəhbəri kimi fəaliyyət göstərdiyini vurğulayıb, bu icmanı xəyanət şəbəkəsi adlandırıb. O, sıravi nurçuları bu şəbəkədən uzaqlaşmağa çağırıb.

Xatırladaq ki, APA R. T. Ərdoğanın Azərbaycana səfəri zamanı Azərbaycanda nurçularla əlaqəsi olan şəxslərin siyahısını təqdim etdiyi barədə məlumat yaymışdı.

Tarix
2014.04.08 / 15:02
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

İrəvan Fransanın oyunlarına getməməlidir! - İcma

Paşinyan separatçıları hədələdi: Bir hakimiyyət var!

Bu, Fransanı ciddi narahat edir - Nağıyev

Fransa İrəvanı yeni müharibəyə təhrik edir - DTX rəisi

Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik...

XİN-dən Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla