Yuxarı

Ramil Usubov rüşvət alan polis rəisini qovdu

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Göyçay rayon yol polisi bölməsi rəisinin rüşvət alması iddiaları ilə bağlı yayılan videogörüntü səbəbindən Daxili İşlər Nazirliyinin daxili təhqiqat idarəsinin Göyçay Rayon Polis İdarəsində apardığı yoxlamalar başa çatıb.

Bu barədə "Axar.az"ın sorğusuna cavab olaraq DİN mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov bildirib. Nazirlik sözçüsü qeyd edib ki, artıq yekun rəy DİN rəhbərliyinə təqdim edilib:

"Göyçay RPŞ-nin Dövlət Yol Polisi bölməsində Nazirliyin aidiyyəti idarələri tərəfindən aparılan xidməti təhqiqat başa çatıb və yekun rəy DİN rəhbərliyinə təqdim edilib. Həmin sənəd əsasında Daxili İşlər naziri cənab Ramil Usubov müvafiq əmr imzalayıb. Əmrə əsasən, bölmənin rəisi Elman Əliyev tabelikdəki əməkdaşların qanunçuluğa, DİN-in aidiyyəti normativ-hüquqi aktlarının tələblərinə riayət etmələrinə nəzarət etməli olduğu halda, özü korrupsiya hüquqpozmalarına yol verməklə tapşırılan sahənin işini təmin etmədiyinə və eyni zamanda daxili işlər orqanları əməkdaşı adına və polis nüfuzuna xələl gətirdiyi hərəkətlərə görə daxili işlər orqanlarında xidmətdən xaric edilmişdir".

Tarix
2014.04.08 / 13:21
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla