Yuxarı

Azərbaycanın Ukrayna ilə ticarət dövriyyəsi azalır

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Ukraynada biznes qurmaq istəyənlərin azalması müşahidə ediləcək".

Bunu "Axar.az"a Ukraynadakı proseslərin Azərbaycanla olan ticarət dövriyyəsinə təsirini şərh edən iqtisadçı ekspert Məhəmməd Talıblı bildirdi:

"Ukraynada baş verən məlum hadisələr rəsmi Kiyevin təkcə Azərbaycanla deyil, bütün digər dövlətlərlə də iqtisadi münasibətlərinə mənfi təsir edəcək. Amma bu, heç də ticarət dövriyyəsinin əhəmiyyətli dərəcədə azalması ilə nəticələnməyəcək. Ukraynanın idxal asılılığı olduğu məhsullarda bu təsir daha çox müşahidə ediləcək. Nəzərə alsaq ki, Kiyevin Moskvadan bir çox sahələrdə, xüsusən də qaz idxalı məsələsində asılılığı var, məhz bu proseslər həmin dövriyyəyə təsirsiz ötüşməyəcək. Ukraynaya biznes qurmaq istəyənlərin azalması müşahidə ediləcək. Həmçinin Rusiyadan bu ölkəyə gətirilən kənd təsərrüfatı məhsullarının ixracında müəyyən məhdudiyyətlər olacaq. Amma ümumilikdə bu hərbi münaqişə MDB məkanında əhəmiyyətli dəyişikliklərə gətirib çıxarmayacaq".

Ekspert hesab edir ki, Ukrayna ilə Rusiya arasında baş verən olay Rusiyada yaşayan azərbaycanlıların ailələrinə pul göndərməsinə müəyyən çətinliklər yaradacaq:

"Olaylar nəticəsində Rusiya banklarının fəaliyyətində məhdudiyyətlər yaranıb və bu da Rusiyadan Azərbaycana pul göndərən həmvətənlərimizin işinə, həmçinin Rusiya bankları vasitəsi ilə idxal-ixrac əməliyyatı aparan iş adamlarımızın fəaliyyətinə mənfi təsir göstərəcək".

Xatırladaq ki, Azərbaycan Ukraynadan əsasən qida məhsulları idxal edir və Ukrayna Azərbaycanın ən çox mal idxal etdiyi 5-ci ölkədir. Belə ki, 2013-cü ildə Ukraynadan Azərbaycana 589 milyon manatlıq mal gətirilib ki, bu da ümumi idxalın 5,5%-nə bərabərdir.

Azərbaycan Ukraynadan daha çox buğda unu, qənnadı məmulatları, şokolad, süd və süd məhsulları, diri iribuynuzlu heyvan və onun ətini və s. qida məhsulları idxal edir.

Ötən ilin statistikasına görə, 2013-cü ildə Ukraynadan Azərbaycana 23,5 milyon manatlıq buğda unu, 13,8 milyon manatlıq duz, 8,9 milyon manatlıq qənnadı məmulatları, 8,7 milyon manatlıq bitki yağı, 7,2 milyon manatlıq şokolad məmulatları, 9 milyon manatlıq çörək-bulka və unlu qənnadı məmulatlar, 5,7 milyon manatlıq süd və süd məhsulları və s. idxal olunub.

Tarix
2014.04.08 / 13:18
Müəllif
Tural İbadov
Şərhlər
Digər xəbərlər

İsrailin İrana zərbəsi: Uçuşlar dayandırıldı

Pənahov Maldivə getdi: Seçkiləri müşahidə edəcək

ABŞ buna görə Bakını təbrik etməli idi... - Deputat

Deputatdan tələb: Ləyaqəti varsa, Prezidentdən üzr istəsin!

Sülhməramlılar çıxır, Rusiyanı ləkələmək istəyəcəklər

Ermənilər üçün canını verməyən 1960 rus döyüşə getdi

Bakı təcrübəsi: Daha bir ölkə fransız diplomatları qovdu

Paşinyan sərhədimizi pozmasın deyə, görün, nə etdi - Video

Rus sülhməramlılar çıxdı, ABŞ və Rusiya ittihama başladı

İran rejimi xalqın həyatını belə təhlükəyə atır - Günəş

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla