Yuxarı

Dünya əhalisinin sayı azalacaq - BMT

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əhalinin yaşlaşması və urbanizasiya yeni çağırış, yeni imkanlar vəd edir. Bu mövzular Birləşmiş Millətlər Təşkilatının (BMT) aprelin 7-də Nyu-Yorkdakı mənzil-qərargahında işinə başlayan Əhali və inkişaf üzrə komissiyasının 74-cü sessiyasında müzakirə olunub.

"Axar.az" xəbər verir ki, BMT baş katibinin hesabatında əlaqəli məsələlərə aydınlıq gətirilib:

"Müasir dünyanın demoqrafik tərkibi bəşəriyyət tarixində heç vaxt görünməyən rəngarəngliyi ilə seçilir. Doğum sayının yüksək olduğu ölkələr üçün yaş strukturunda çoxlu gənclərin olması və əhalinin yüksək artım tempi xarakterikdir, doğumun təkrar doğuş səviyyəsindən aşağı düşmüş ölkələrdə isə əhalinin sürətlə qocalması müşahidə olunur".

Sənəddə qeyd olunur ki, 2014-cü ilin əvvəlində dünya əhalisinin sayı 1994-cü ildəki 5,7 milyarddan 7,2 milyard nəfərə yüksəlib. Qarşıdakı onilliklərdə Afrika əhalisinin sayı xeyli artacaq. Ekspertlərin proqnozlarına görə, 2050-ci ilə bu qitənin əhalisinin sayı Cənubi Amerika və Karib hövzəsi əhalisinin sayını 6 dəfədən çox, Asiya əhalisinin artım tempini isə 15 dəfədən artıq üstələyəcək.

Bundan əlavə bildirilir ki, 2014-2050-ci illərdə qırxdan çox ölkədə əhali sayının azalacağı gözlənilir. Əhali sayında ən çox azalma Almaniya, Çin, Polşa, Rusiya, Rumıniya, Serbiya, Tailand, Ukrayna və Yaponiyada qeydə alınacaq. Oxşar vəziyyət digər ölkələrdə, xüsusilə Şərqi Avropa, eləcə də Şərqi, Cənub-Şərqi və Qərbi Asiyada müşahidə olunacaq.

Tarix
2014.04.08 / 12:59
Müəllif
Natiq Azəri
Şərhlər
Digər xəbərlər

Japarov Füzuliyə getdi, Əliyev qarşıladı

Artıq kəndlər qayıdır, proses isə… - Metyu Brayza

Siyarto Bakıda: İclas başladı

İkinci Qarabağ savaşından dərhal sonra deyirdim ki...

Bununla da Ermənistandan böyük həcmdə silahlar daşındı

Ərdoğanın tələbi həm də İrəvanın marağıdır - Koçinyan

Ermənistanla pərdəarxası, görmədikləriniz... - Əliyev

Siyartonun Azərbaycana rəsmi səfəri başladı

Əliyev ilk dəfə açıqladı: 10 noyabrda İrəvan israr etdi, dedim ki…

Xəbərdar edirəm: İlk güllə atılsa, qaçacaqlar - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla