Yuxarı

Göyçay polis idarəsində ciddi yoxlamalar başladı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Göyçay rayon yol polisi şöbəsi rəisinin rüşvət alarkən yayılan videosundan sonra sözügedən polis idarəsində ciddi yoxlamalar başlayıb.

"Axar.az" xəbər verir ki, hazırda işdən çıxarılma və yaxud cəzalanma ilə bağlı heç bir tədbir görülməsə də, dünəndən daşlayaraq Daxili İşlər nazirliyindən gələn yüksək rütbəli əməkdaşlar qurumun işini yoxlamağa başlayıblar. Xəbərdə qeyd olunur ki, rüşvət qalmaqalı ilə bağlı birbaşa nazir Ramil Usubovun tapşırığına əsasən aparılan yoxlamadan sonra ciddi ölçü götürüləcəyi istisna edilmir.

Qeyd edək ki, Göyçay rayol yol polisi şöbəsinin rəisi Elman Əliyevdir və o, bu vəzifəyə ötən il təyinat alıb.

Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev də "Axar.az"a açıqlamasında araşdırma aparıldığını təsdiqlədi: "Daxili İşlər Nazirliyinin Daxili Tədqiqatlar İdarəsinin əməkdaşları araşdırma aparır. Araşdırmanın nəticəsi ilə bağlı tezliklə ictimaiyyətə məlumat veriləcək".

Qeyd edək ki, ötən gün sosial şəbəkələrdə və Yutub video portalında yol polisinin rüşvət almasını əks etdirən video yayılıb. Videoda Göyçay rayon yol polisi şöbəsinin rəisi Elman Əliyevin yol hərəkəti qaydalarını pozan vətəndaşı qanun çərçivəsində cərimələmək əvəzinə ondan rüşvət tələb etdiyi görüntülənir.

Tarix
2014.04.08 / 12:31
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Radev Əliyevə zəng etdi: Səfər təxirə düşdü

Rəsmi İrəvan gərəksiz bəhanələr axtarmaq əvəzinə…

Bu, Ermənistanı yeni təxribatlara təşviq edə bilər

ABŞ-ın bu addımları bizi məyus edir - Hacıyev

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla