Yuxarı

Azərbaycanlı avtoritet öldürüldü - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən gecə saat 22:20-da Odessada "Veçerniy Baku" restoranında "Vaxa" ləqəbi ilə tanınan 39 yaşlı keçmiş "qanuni oğru" Baxış Əliyev güllələnib.

Məlumata görə, Gürcüstan vətəndaşı olan, azərbaycanlı Baxış Əliyevlə birlikdə onun mühafizəçisi də öldürülüb.

Qeyd edək ki, 2004-cü ildə Moskvada Baxış Əliyevin "tacqoyma mərasimi" olub. O, 2006-cı ildə azərbaycanlı iş adamı Hüseynovun oğurlanmasında, daha sonra isə qətlində şübhəli bilindiyi üçün saxlanılıb. Lakin məhkəmə onun bu cinayətdə əli olduğunu sübut edə bilməyib və onu ancaq xuliqanlığa görə azadlıqdan məhrum edib.

Həmin zaman "Vaxa" girovun artıq ölmüş olduğunu bildiyi halda girovun qaytarılmasında vasitəçilik edir. Bu davranış oğru qaydalarına zidd hesab edildiyi üçün onu 2007-ci ildə "qanuni oğru" titulundan məhrum edirlər.

Daha sonra gürcü avtoritetlərlə "Ded Xasan" arasında yaranan münaqişə zamanı sonuncu onun hüquqlarını bərpa edir və onu Ukraynaya Lənkəranskinin mövqelərini zəiflətmək üçün göndərir. Baxış Əliyev 2011-13-cü illərdə 4 dəfə saxlanılır və Ukraynadan qovulur. 2012-ci ildə növbəti deportasiyası zamanı Əliyev İstanbulda Lənkəranskinin rəhbərlik etdiyi "qanuni oğru"larla toqquşur. Ölümcül vəziyyətə gətirilənə qədər döyülən B.Əliyev bütün oğru hüquqlarından məhrum edilir (ANS).

Tarix
2014.04.08 / 12:15
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

Bu, mütrüb-şüvənliyə son qoyulmalıdır – Ordumuz girsin!

Əliyevlə Japarov Ağdamda... - Foto

Prezidentlər Füzulinin dağıdılmış yerlərinə baxdılar - Foto

Etirazlar Tavuşdan kənara çıxdı: yollar bağlanır - Video

Yeganə ölkəyik ki, Rusiya və İranla... - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla