Yuxarı

Nazirlik özünü asan polkovniklə bağlı məlumat yaydı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aprelin 7-də Hərbi Hava Qüvvələrinin zabiti, polkovnik-leytenant Balıyev Natiq Bəşir oğlu yaşadığı evdə özünü asaraq intihar edib.

"Axar.az" Müdafiə Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, hadisə ilə bağlı cinayət işi başlanıb, Hərbi Prokurorluq tərəfindən araşdırma aparılır.

Kütləvi İnformasiya Vasitələrində yayılan məlumatlarda onun ölümünə səbəb kimi guya vəzifəsinin aşağı salındığı qeyd olunur.

Müdafiə Nazirliyi bildirir ki, mərhum polkovnik-leytenant N.Balıyev 12.07.2013-cü il tarixində Müdafiə Nazirliyində yuxarı vəzifəyə təyin olunub, xidməti nəzərə alınaraq ona 11.01.2014-cü ildə növbəti "polkovnik-leytenant" hərbi rütbəsi verilib. Eyni zamanda Polkovnik-leytenant N.Balıyev nazirlik tərəfindən 22.01.2014-cü tarixdə Bakı şəhərində 3 otaqlı xidməti mənzillə təmin edilib. Hadisə də məhz ona verilmiş xidməti mənzildə baş verib.

Tarixlərdən göründüyü kimi mərhum N.Balıyevə Müdafiə Nazirliyi tərəfindən diqqət və qayğı göstərilib.

Müdafiə Nazirliyi dəqiqləşdirilmədən yalan məlumat yayan şəxsləri qınayır və ordu haqqında məlumat verərkən həssas yanaşılmasını tövsiyə edir.

Tarix
2014.04.08 / 11:41
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Pənahov Maldivə getdi: Seçkiləri müşahidə edəcək

ABŞ buna görə Bakını təbrik etməli idi... - Deputat

Deputatdan tələb: Ləyaqəti varsa, Prezidentdən üzr istəsin!

Sülhməramlılar çıxır, Rusiyanı ləkələmək istəyəcəklər

Ermənilər üçün canını verməyən 1960 rus döyüşə getdi

Bakı təcrübəsi: Daha bir ölkə fransız diplomatları qovdu

Paşinyan sərhədimizi pozmasın deyə, görün, nə etdi - Video

Rus sülhməramlılar çıxdı, ABŞ və Rusiya ittihama başladı

İran rejimi xalqın həyatını belə təhlükəyə atır - Günəş

İran səfirinin məqsədi sülhü əngəlləməkdir - Məmmədov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla