Yuxarı

Barrozu: “Azərbaycan Rusiyanın təzyiqi qarşısında dayansa...”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın təkidlərinə baxmayaraq, "Cənub axını" kəməri Avropa üçün prioritet marşrut sayılmır, çünki "Şimal axını" bu layihədən fərqlənsə də, qazı satan yenə eyni şirkət - Qazpromdur.

"Axar.az" xəbər verir ki, bunu Avropa Komissiyasının prezidenti Joze Manuel Barrozu Bolqarıstanın keçmiş Daxili İşlər naziri Çvetan Çvetanovun Avropa Birliyinin bu layihəyə münasibəti ilə bağlı sualına cavabında bildirib.

Barrozu bildirib ki, əgər Azərbaycan Rusiyanın təzyiqi qarşısında dayana bilsə "Cənub axını" kəmərinin əvəzinə Azərbaycan qazı Avropa üçün daha əhəmiyyətli ola bilər.

Avropa Komissiyasının prezidenti Bolqarıstana da xəbərdarlıq edib.

Onun sözlərinə görə, Bolqarıstan Rusiya ilə qaz kəmərlərinin reallaşdırılması məsələsinə ehtiyatla yanaşmalıdır: "Məhz buna görə də, Bolqarıstan və Rumıniyanın Avropa Birliyinə daxil olması tarixi qərar olardı. Bolqarıstanda Rusiyanın casusları sayılan insanlar var. Buna görə də bu iki ölkənin Avropa Birliyinə qoşulması tarixi əhəmiyyət daşıyır".

Tarix
2014.04.08 / 11:07
Müəllif
Anar Əhmədov
Şərhlər
Digər xəbərlər

Ermənistan Azərbaycanın beşdə birini işğal etdikdən sonra...

Əliyevlə Şoltsun təkbətək görüşü başladı

Ağdamda heç nə etməyən mərkəz bağlandı

Qumda Azərbaycana qarşı növbəti tədbir keçirildi

İlham Əliyev Almaniyada mühüm tədbirdə... - Foto

COP29 bizə imkan verəcək ki... - Prezident

Qafqazda Rusiyanın yalnız bir tərəfdaşı var - Fenenko

Bu, gördüyümüz işlərin tanınmasıdır - Prezident

Sülhməramlılar Qarabağda buna nail oldular - Rus general

Azərbaycan XİN-dən Avropa Parlamentinə cavab

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla