Yuxarı

“Sitatın sonu” bağlanıb, yoxsa davam edir? - Açıqlama

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Millət vəkili Etibar Hüseynovun müəllifi olduğu "Sitatın sonu" verilişi bir layihədir. Hər həftə efirə getməsi nəzərdə tutulmayıb. Ona görə də 1-2 həftə efirə getməməsi o demək deyil ki, layihə bağlanıb".

Bu sözləri "Axar.az"a açıqlamasında ATV-nin Xəbərlər departamentinin müdiri Vaqif Aydınoğlu bildirib. Onun sözlərinə görə, "Sitatın sonu" verilişi hələ də davam etməkdədir:

"Etibar Hüseynovun "Sitatın sonu" verilişi bağlanmayıb. Mövzu olanda efirə gedir, olmayanda getmir. Yəni verilişin bağlanması kimi bir söhbət yoxdur".

Xatırladaq ki, dünən mətbuatda millət vəkili Etibar Hüseynovun ATV-də yayımlanan "Sitatın sonu" verilişinin bağlandığı xəbəri yayılıb. Xəbərdə bildirilir ki, məcburi köçkünlər barəsində ifadələri üzündən hakimiyyət dairələrində sərt şəkildə danlanan deputatın ATV-dəki verilişi bağlanıb.

Tarix
2014.04.08 / 10:33
Müəllif
Vüsal Tağı
Şərhlər
Digər xəbərlər

ABŞ və Türkiyə rəsmiləri görüşdü: Bakı-İrəvan əlaqələri...

“Ermənistan Azərbaycana qarşı”: dinləmələr davam edir

Hər şeyi planlı şəkildə edirik ki... - İlham Əliyev

Biz bu gün su mənbələrimizə tam sahib olmuşuq

İran nüvə silahı ilə cavab verəcək? - Rusiyadan baxış

Prezidentin yüksək vəzifə verdiyi Adıgözəlov - Dosye

Tokayevin İrəvanda Bakıya qarşı təhlükəli gedişi

Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi

Vardanyanın maliyyələşdirdiyi bu “institut”... - İcma

Ermənistanla Azərbaycan arasında beynəlxalq sərhəd...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla