Yuxarı

Rusiya XİN: “Ukrayna yeni problemlərlə qarşılaşacaq”

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Xarici İşlər Nazirliyi Ukraynada baş verənlərlə bağlı Rusiyanı günahlandırmaqdan əl çəkmək lazım olduğunu açıqlayıb.

"Axar.az" xəbər verir ki, Nazirliyin internet saytında edilən açıqlamada belə yazılıb: "Ukraynada baş verən hadisələrə görə Rusiyanı günahlandırmaq doğru deyil. Ukrayna xalqı Kiyevdən bütün suallara cavab verməsini istəyir".

Açıqlamada bu qanuni tələblərə qulaq asmağın vaxtının gəldiyinə də toxunularaq xəbərdarlıq edilib: "Əgər özlərini Ukrayna rəhbərliyi olaraq təqdim edənlər ölkənin gələcəyi və xalqın taleyi mövzusunda məsuliyyətsiz davranmağa davam etsə Ukrayna yeni problemlərlə qarşılaşacaq".

Ukraynanın şərq və cənub şəhərlərində bazar günü aksiya keçirən Rusiya tərəfdarı qruplar bəzi dövlət binalarını ələ keçirərək Ruisya bayrağı asmışdı.

Xatırladaq ki, Donetsk şəhəri müstəqilliyini elan edəndən sonra Ukraynada Xarkov Vilayət Şurası da Xarkov Xalq Respublikasının yaradılmasını elan edib.

Tarix
2014.04.08 / 09:10
Müəllif
Nilufər Muğantürk
Şərhlər
Digər xəbərlər

Xəbərdar edirəm: İlk güllə atılsa, qaçacaqlar - Prezident

Yadımdadır, bir dəfə Serjikə sual verdilər, dedi ki… - Əliyev

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla