Yuxarı

Vitse-admiral ev dustağına çevrilib

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hərbi Dəniz Qüvvələrinin rəhbərliyinə daxil olan zabitlərin bir-birinin ardınca həbsi hərbi dairələrdə ən çox müzakirə edilən mövzulardandır.

Belə məlumatlar var ki, həbs dalğası bir qədər əvvəl vəzifəsindən uzaqlaşdırılan HDQ komandanı, vitse-admiral Şahin Sultanovu da öz ağuşuna alacaq: "Şahin Sultanovun həbsinə kifayət qədər əsaslar var, amma rütbəsi onun həbsini rəsmiləşdirməyə imkan vermir. Onu həbs etmək üçün rütbəsini aşağı salmalıdırlar. Bu isə Ali Baş Komandanın səlahiyyətindədir. Əgər belə bir addım atılsa, Şahin Sultanovun həbsi gerçəkləşəcək".

Belə məlumatlar da var ki, vitse-admirala hərbi geyim forması daşımaq qadağan edilib, özü isə faktiki ev dustağına çevrilib: "Şahin Sultanov istefaya göndərildikdən sonra bu vəzifənin icrası birinci dərəcəli kapitan Yunus Məmmədova tapşırıldı. Az keçmədi ki, Yunus Məmmədov HDQ-də baş verən maliyyə pozuntuları və nizamnamədən kənar hərəkətlərlə bağlı aparılan yoxlamalar çərçivəsində istintaqa çağırıldı və ona ittiham elan edildi. Yunus Məmmədov istintaqa verdiyi ifadədə korrupsiya əməllərini Şahin Sultanovun göstərişləri əsasında yerinə yetirdiyini bildirib. HDQ-nin qərargah rəisi vəzifəsinə isə II dərəcəli kapitan Şahin Məmmədov təyin olunub. Şahin Məmmədov həm də HDQ-nin komandanı vəzifəsini icra edir".

Baş verənlərdən sonra Ş.Sultanov ölkədən getmək istəyib. Ancaq ona qeyri-rəsmi şəkildə ölkəni tərk etmək yasaqlanıb. Yoxlamalar yekunlaşana qədər Şahin Sultanov nəzarət altında saxlanacaq.

Qeyd edək ki, Zakir Həsənov müdafiə naziri postuna təyin olunduqdan sonra HDQ-də daxili yoxlamalar aparılıb və ciddi nöqsanlar aşkar olunub. HDQ-nin komandanı, vitse-admiral Şahin Sultanov martın 11-də prezidentin sərəncamı ilə tutduğu vəzifədən azad edilərək "xidməti uyğunsuzluğa" görə ordudan uzaqlaşdırılıb.

Buna qədər isə HDQ-də nüfuz sahibi olan arxa cəbhə təminatı xidmətinin rəisi, polkovnik-leytenant Seyfi Ramazan oğlu Hüseynov, sabiq müdafiə naziri Səfər Əbiyevin yaxın adamı, "kod 555" adı ilə tanınan ehtiyatda olan miçman Elxan Hacıyev, hərbi birləşmənin ərzaq xidmətinin rəisi, polkovnik-leytenant Hafiz Bauşev və Gəmilərin Xilasetmə Dviziyonunun komandiri, 3-cü dərəcəli kapitan İlkin Əsgərov həbs olunub. Bu hərbçilər vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə və dövlət əmlakını mənimsəməkdə ittiham olunur ("Musavat.com").

Tarix
2014.04.08 / 09:02
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla