Yuxarı

Ərdoğanın Bakıya gətirdiyi qorxunc dosye

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın ötən həftə Bakıya bir günlük səfəri hələ də gündəmin ən çox müzakirə edilən mövzularından biri olaraq qalır.

Çox gərgin atmosferdə keçən 30 mart bələdiyyə seçkilərindən dərhal sonra, Azərbaycan rəsmilərinin də etiraf etdiyi kimi, xeyli yorğun görünən Ərdoğanı Bakıya gətirən səbəblərlə bağlı artıq bəzi təfərrüatlar məlumdur.

Baş nazirin Azərbaycan prezidenti ilə bağlı qapılar arxasında müzakirə etdiyi əsas mövzulardan biri (bəzi mənbələrə görə, birincisi) Bakıda "Hizmət" hərəkatının (nurçuların) fəaliyyəti ilə bağlı olduğu təsdiqlənmiş faktdır. Bakıda keçirdikləri birgə mətbuat konfransında həm Türkiyənin baş naziri, həm prezident İlham Əliyev müzakirə masasında nurçularla bağlı məsələnin olduğunu jurnalistlərin suallarına verdikləri cavabda təsdiqlədilər. Azərbaycan prezidenti diplomatik olaraq bildirdi ki, Türkiyə-Azərbaycan münasibətlərinə zərər verə biləcək istənilən qüvvənin qarşısı alınır: "Biz imkan vermərik ki, iki dost, qardaş ölkənin arasında kimlərsə nifaq salsın".

Qeyd edək ki, Ərdoğanın Azərbaycan paytaxtına nurçularla bağlı xüsusi dosye ilə gəldiyi xəbərini ilk dəfə "Yeni Müsavat" yazmışdı. Bu xəbər Ərdoğan Bakıda olarkən başqa bir informasiya agentliyi tərəfindən də təsdiqlənmişdi.

Məlumatlara görə, Bakıya gətirilən dosye təkcə "Fətullah Gülənin Bakıdakı adamları"nın siyahısı ilə məhdudlaşmayıb. Dosyedə Anadolu türklərinin turizm terminologiyası ilə desək, "hər şey daxil" məlumatlar da olub.

Mənbəmizin iddiasına görə, Türkiyə kəşfiyyatı son illər ərzində Azərbaycana, onun iqtidarına aid maraqlı ola biləcək hər şeyi "arxivindən" üzə çıxarıb. Türkiyə hökumətini kifayət qədər riskli olan bu addıma sövq edən səbəb dəyişməzdir. Ərdoğan hökuməti "nəhəng informasiya arxivinin" qarşılığında Azərbaycanda fəaliyyət göstərən bütün Gülən məktəblərinin və nurçulara bağlı şəbəkənin birdəfəlik çökdürülməsini istəyir. "Ərdoğan xarakter etibarilə çox kinlidir və onun prezidentlik yolunda əsas əngəllərdən biri də "Camaat"dır. Amma Ərdoğan bunu bilə-bilə seçki dövründə ona nurçuların etdiyi sərt hücumları bağışlamaq niyyətində deyil və onların şəbəkəsini çökdürmək üçün bütün riskli addımlara hazırdır. Onun tələsik Bakıya gəlməsi və Azərbaycan iqtidarını razı salacaq digər dosyeləri də iqtidara verməsi tam realdır" deyə, mənbəmiz iddia edib.

Türkiyədəki mənbələr bildirir ki, Milli İstihbarat Təşkilatı və ordu kəşfiyyatının (Ərdoğandan əvvəl Türkiyə ordusunun Baş Qərargah rəisi Bakıya gəlmişdi) əlində olan məlumatlarının əhəmiyyətli hissəsi iqtidara təqdim olunub. Bunların içərisində Azərbaycan əsilli və türkiyəli nurçuların dosyeləri daha üstünlük təşkil edir. Dosyedə Azərbaycan hakimiyyətində təmsil olunan və həm də Gülən camaatına yaxınlıqla seçilən məmurlara dair xüsusi fayllar da var. Hətta onların əlaqələri, telefon danışıqları, Türkiyəyə, Şimali Kipr Türk Respublikasına yatırımları, kompromat hesab oluna biləcək başqa cür məlumatlar Bakıya gətirilən dosyelərdə yer alıb.

Mənbəmizin iddia etdiyi ən sensasion məlumat dosyedə Azərbaycan müxalifətinə dair də məlumatların olmasıdır. Məsələnin ən maraqlı və skandal tərəfi budur ki, Ərdoğan Azərbaycan müxalifətinə dair də MİT və Ordu istihbaratında nə varsa, hamısını rəsmi Bakıya təhvil verib. Qaynağımız müxalifətə aid fayllarda nələrin olduğuna dair fikir söyləməkdən çəkindi. "Amma söhbət kəşfiyyat və dövlət etibarını zədələyəcək bir yanlış addımdan gedir. Azərbaycan olmasa da, hər hansı bir ölkənin prezidentinə, onun siyasi rəqiblərinə dair hətta müsbət məlumatların olduğu dosyeni ötürmək Türkiyə iqtidarlarına yaraşmayan, dövləti gözdən salacaq və etibarını şübhə altına alacaq bir addımdır. Üstəlik, qanun pozuntusudur". Mənbə iddia edir ki, dosyelərdə ruslara və ermənilərə dair də kəşfiyyat məlumatları var.

Mənbənin dediyinə görə, Moskvadan Türkiyə kurortlarına dincəlməyə gələn, burada əylənən, bəzi hallarda gizli görüşlər keçirən Rusiyanın bır sıra biznesmenləri, siyasət və dövlət adamları, kriminal avtoritetləri barədə MİT-in illərdir topladığı məlumatların bir qismi artıq rəsmi Bakının məhsuludur: "Onların sırasında "AST Telman" kimi tanınan milyarder Telman İsmayılov və onun milyarder dostları da var. Hətta ötən ilin yay və payız aylarında "Milyarderlər İttifaqı" deyilən anti-Azərbaycan konseyinin üzvü olan "AST Telman"ın Antalyadakı hotelində - "Mardan Palace"də keçirdiyi və Azərbaycandan da şok isimlərin yer aldığı kəşfiyyat bilgiləri də Bakıya çatdırılıb". İddia edilir ki, rəsmi Bakıya verilən dosyelərdə Türkiyə xüsusi xidmət orqanlarının yalnız öz ölkəsində deyil, onun xaricində də apardığı və Azərbaycan iqtidarına maraqlı olan bilgilər vardır.

Bəs iqtidar üçün çox mühüm olan bu məlumatların müqabilində rəsmi Bakı Ərdoğan hökumətinə nə vəd edib?

Xəbərlərə görə, artıq nurçu şəbəkənin Bakıda fəaliyyətinə dövlət səviyyəsində "stop" nişanı qoyulub. Bir sıra dövlət təşkilatlarında gizli nurçuların müəyyənləşdirilməsi və fəaliyyətlərinə son qoyulması barədə xəbərlər gəlməkdədir. Təsadüfi deyil ki, Ərdoğan Bakıya gəlib-gedəndən sonra Azərbaycandakı nurçu şəbəkəyə qarşı Türkiyədən gəlməsi ehtimal olunan elektron kompromat savaşı daha da qızışıb. Redaksiyalara Türkiyə ərazisindən göndərilən e-postlarda nurçi şəbəkə hətta ən absurd ittihamlarla suçlanır. Böyük ehtimalla bu, "nurçuların təmizlənməsi" əməliyyatının başlanğıcıdır və proses tezliklə daha sürətlə davam edəcək. Amma iqtidarında Türkiyə hökumətinə "qarşılıqlı xəbərləşmə" nurçulara qarşı əməliyyatla məhdudlaşmır. Mənbə iddia edir ki, Azərbaycan iqtidarı da analoji addım atıb və Türkiyəyə aid bir sıra maraqlı bilgilər həm Baş Qərargah rəisinə, həm də Ərdoğana verilib (musavat.com).

Tarix
2014.04.08 / 08:49
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İlham Əliyevin Berlin səfəri başa çatdı - Foto

Ağdamda minalardan təmizləmə ilə bağlı iclas keçirildi

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü oldu

Prezident BƏƏ naziri ilə görüşdü

Kəmaləddin Heydərov müşavirə keçirdi

Əliyevin Ştaynmayerlə təkbətək görüşü keçirildi

Qazaxıstanın hərbi mütəxəssisləri ilə görüş keçirildi - Foto

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Xankəndidə

FHN-də tədrisin keyfiyyətinə xüsusi əhəmiyyət verilir - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla