Yuxarı

Şou-biznesin ən cazibədar xanımı kimdir - Elza?

Ana səhifə Maqazin
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Şou-biznesdə Röyanı gözəl qadın sayıram. Könül Kərimova da cazibədar xanımdır, ancaq mən onu şou-biznesdə görmürəm".

Bu sözləri "Axar.az"ın "Kimi cazibədar xanım hesab edirsiniz?" sorğusuna cavab olaraq bəstəkar-müğənni Cabbar Musayev dedi.

Müğənni bildirdi ki, o, Könül Kərimovanı səviyyəli, sanballı müğənni hesab etdiyindən onu şou-biznesə aid etmir: "Zeynəb Xanlarovanı, Niyaməddin Musayevi, Arif Babayevi şou biznesdəki müğənnilərdən daha səviyyəli bilirəm və Könül Kərimovanı da onlarla bir pillədə görürəm".

Şou biznesdə Elza Seyidcahandır

Müğənni Əlikram Bayramovun fikrincə isə, şou aləmində ən cazibədar xanım qeyri-adiliyi ilə seçilən Elza Seyidcahandır:

"Elza xanım hər zaman fərqli geyimləri, saç düzümləri ilə digər qadınlardan fərqlənməyi bacarır. Bu mənim xoşuma gəlir. Mənə onun tərzi maraqlıdır".

Qadınlarının gözəlliyi mənə maraqlı deyil

Müğənni Zaur Əmiraslanov isə tək şou-biznesdə deyil, həyatda da qadınlara zahiri gözəlliyə görə yox, daxili zənginliyinə əsasən qiymət verdiyini dedi:

"Konkret ad çəkməyi gərəkli saymıram. İstəmirəm insanlar elə düşünsün ki, mən kiməsə az, kiməsə çox dəyər verirəm. Mənim üçün xanım öz əxlaqi keyfiyyətləri ilə cazibədar olmalıdır. Hər bir xanım potensial anadır, analar haqqında nə isə qərar vermək təhlükəlidir".

Gözəl xanımlar çoxdur

Gənc müğənni Yaşar Cəlilov isə şou-biznesdə cazibədar xanımların yetərincə olduğunu, lakin Aygün Kazımova, Röya Ayxan, Oksana Rəsulova və Roza Zərgərlinin fərqli gözəlliyə sahib olduqlarını bildirdi.

Müğənni Arzu Rzayevin fikrincə şou-biznesdə yeganə gözəl xanım Lamiyə Novruzovadır.

Günay İbrahimlini cazibədar sayıram

Teleaparıcı İdris Cəfərov şou-biznesdə yeganə cazibədar xanım kimi Günay İbrahimlini bəyəndiyini qeyd etdi:

"Fikrimcə, bu qadın təxminən 1 ildən sonra şou biznesdə olan qadın müğənniləri öz qabiliyyəti, xarici görünüşü, şarmı ilə geridə qoyacaq. Onun maraqlı yaradıcılığı var".

Tarix
2014.04.08 / 07:30
Müəllif
Lalə Novruzlu
Şərhlər
Digər xəbərlər

Razılaşma: Bakı və İrəvanın sərhəd xidmətləri eyni vaxtda...

Delimitasiya prosesi davam etdiriləcək

Delimitasiya prosesi bu bəyannaməyə əsaslanacaq

Qazaxın 4 kəndi Azərbaycana qaytarıldı - Təcili

Delimitasiya görüşü: Bakı və İrəvan razılığa gəldi

İlham Əliyev Moskvaya gedir

İlham Əliyev Berlində Şoltsla görüşəcək

Bakının qaldırdığı ilkin etirazlara dair dinləmələr... - Haaqa

Bayramov Fələstinin baş naziri ilə danışdı: Qəzzadakı vəziyyət...

Sülhməramlıların texnikalarının ilk partiyası... - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla