Yuxarı

Ağ Ev “selfie”yə qadağa qoydu

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sosial şəbəkədə ABŞ prezidenti Barak Obama ilə çəkdiyi "selfie"ni paylaşmış beysbolçu Devid Ortizin telefon istehsal edən bir şirkətlə reklam müqaviləsi bağladığı məlum olub.

"Axar.az" xəbər verir ki, Ağ Evin rəhbərliyi bundan sonra prezidentlə "selfie" çəkdirməyə icazə verməyəcək. Hətta ola bilsin ki, gələcəkdə Ağ Evdə "selfie" qadağan edilsin.

CBS telekanalında "Face The Nation" adlı proqrama qatılan Ağ Evin müşaviri Den Pfayfer Obamanın "selfie"nin reklam məqsədilə çəkildiyindən xəbərsiz olduğunu deyib:

"Təbii ki, Obama fotonun reklam məqsədilə çəkildiyini bilmirdi. Bəlkə də bu foto "selfie" axınına son qoyacaq. Məsələ ilə vəkillərimiz məşğul olur", - deyən müşavir Ortizlə reklam müqaviləsi imzalamış Koreya şirkətinə artıq xəbərdarlıq olunduğunu da bildirib.

Qeyd edək ki, ABŞ prezidenti Barak Obamanın keçən il Nelson Mandelanın dəfn mərasimində Britaniyanın Baş naziri Devid Kameron və Danimarkanın baş naziri Helle Thorning-Şmidtlə çəkdirdiyi "selfie" də bütün dünyada mənfi reaksiyalarla qarşılanmışdı.

Tarix
2014.04.07 / 23:30
Müəllif
Gülnarə Kərimova
Şərhlər
Digər xəbərlər

Qarabağla bağlı bu planımız noyabra qədər hazır olacaq

Japarov Füzuliyə getdi, Əliyev qarşıladı

Artıq kəndlər qayıdır, proses isə… - Metyu Brayza

Siyarto Bakıda: İclas başladı

İkinci Qarabağ savaşından dərhal sonra deyirdim ki...

Bununla da Ermənistandan böyük həcmdə silahlar daşındı

Ərdoğanın tələbi həm də İrəvanın marağıdır - Koçinyan

Ermənistanla pərdəarxası, görmədikləriniz... - Əliyev

Siyartonun Azərbaycana rəsmi səfəri başladı

Əliyev ilk dəfə açıqladı: 10 noyabrda İrəvan israr etdi, dedim ki…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla