Yuxarı

Dövlət Komitəsi bayrağı nədən təhqir edib? - Açıqlama

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Bəxtiyar Əzizovun başı qonaqlara qarışdığından masada qoyulan bayrağın tərsinə asılması diqqətindən yayınıb".

Bu sözləri "Axar.az"a Qiymətli Kağızlar üzrə Dövlət Komitəsindən Dünya Bankının missiyasının rəhbəri Lyuis Hauk və nümayəndə heyətinin üzvləri ilə görüş zamanı masaya qoyulan dövlət bayrağının tərsinə asılması ilə bağlı açıqlama verərkən bildirdilər.

QKDK əməkdaşı bildirdi ki, görüşöncəsi qəbul otağını xadimələr hazırlayır:

"Qəbul otağı hazırlanan zaman bayrağın səhv qoyulması diqqətdən yayınıb. Bəxtiyar Əzizovun başı qonaqlara qarışdığı üçün buna fikir verməyib. Bir də burda nə var ki?"

Məsələ ilə əlaqədar QKDK-dan bu açıqlamanı aldıqdan sonra dövlət komitəsinin rəsmi saytından sözügedən tədbirlələ bağlı fotoları sildiyi məlum oldu.

Xatırladaq ki, bu gün QKDK-də Dünya Bankının missiyasının rəhbəri Lyuis Hauk və nümayəndə heyətinin üzvləri ilə görüş zamanı nümayəndələrin əyləşdiyi masada Aparatının rəhbəri Bəxtiyar Əzizovun qarşısında Azərbaycan bayrağı tərsinə qoyulub.

Tarix
2014.04.07 / 22:40
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Azərbaycan-Qırğızıstan sənədləri imzalandı

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər

Siyarto bu gün Azərbaycana gəlir

Japarov Bakıda: Mühüm iclas keçirildi - Foto

Makron “erməni soyqırımı”ndan yazdı: Unutmayaq...

Xocalıda məxfi xəritələr aşkarlandı - Video

5 gündür susan Makron barmaqlamağa başladı...

Prezidentlərin məhdud tərkibdə görüşü oldu

Sülhməramlıların ardınca bayraqları da götürüldü - Video

Bizi savaşa təhrik edirlər: onları Bakıya verək - Sukiasyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla