Yuxarı

Ananı maşınla vurub 16 yaşlı qızını zorla qaçırdılar

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Lənkəranda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

Hadisə bu gün saat 16:30 radələrində Lənkəran şəhərinin Həzi Aslanov xiyabanında qeydə alınıb.

Belə ki, Lənkəran şəhər sakini, 35 yaşlı Gülarə Hacırza qızı Feyzullayevanı avtomobil vurub. Müxtəlif dərəcəli bədən xəsarətləri alan Gülarə Feyzullayeva minik avtomobilində Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Həkim-travmatoloq Bahadır Heydərov deyib ki, müayinə zamanı xəstədə burunun əzilməsi, bir də hər iki əlin arxa səthində əzilmiş yaralar aşkar edilib. Xəstənin vəziyyətinin kafi olduğu deyilir.

Xəstəxanada zərərçəkənlə söhbət baş verən hadisənin təsadüf olmadığını deməyə əsas verir.

Zərərçəkənin ailə üzvləri bildirdilər ki, bu gün günorta saat 14:00 radələrində Gülarə Feyzullayevanın 10-cu sinifdə oxuyan, hələ 16 yaşına çatmamış qızı naməlum şəraitdə qaçırılıb və sonra bu barədə ailə üzvlərinə xəbərdarlıq edilib.

Gülarə atası və qardaşı ilə deyilən əraziyə gələndə maşında əks tərəflə mübahisə yaranıb və sürücü atanı kənarlaşdırandan sonra qadın maşından düşmək istəmədiyindən zorla maşından salınıb. Bu zaman Gülarə xəsarət alıb, qardaşını isə zərərçəkən tərəfin iddiasına görə, maşın 200 metrəcən sürükləyib.

Artıq hadisəni törətməkdə təqsirli bilinən "VAZ-21099" markalı maşının sürücüsü və azyaşlını qaçırmaqda təqsirləndirilən şəxs Lənkəran Şəhər Polis Şöbəsinə aparılıb. Onların rayonun Mamusta kəndindən olduğu bildirilir. Lənkəran polisindən baş verən hadisə ilə bağlı hələlik heç bir rəsmi açıqlama verilməyib (ANS).

Tarix
2014.04.07 / 22:16
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Sülhməramlıların texnikalarının ilk partiyası... - Video

İsrailin İrana zərbəsi: Uçuşlar dayandırıldı

Pənahov Maldivə getdi: Seçkiləri müşahidə edəcək

ABŞ buna görə Bakını təbrik etməli idi... - Deputat

Deputatdan tələb: Ləyaqəti varsa, Prezidentdən üzr istəsin!

Sülhməramlılar çıxır, Rusiyanı ləkələmək istəyəcəklər

Ermənilər üçün canını verməyən 1960 rus döyüşə getdi

Bakı təcrübəsi: Daha bir ölkə fransız diplomatları qovdu

Paşinyan sərhədimizi pozmasın deyə, görün, nə etdi - Video

Rus sülhməramlılar çıxdı, ABŞ və Rusiya ittihama başladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla