Yuxarı

AŞ sədri: "Qarabağın həlli hamımımz üçün vacibdir"

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Dağlıq Qarabağ münaqişəsinin həlli hamımız üçün olduqca vacibdir".

Bu sözləri Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) bazar ertəsi öz işinə başlayan yaz plenar sessiyasında AŞ Nazirlər Komitəsinin fəaliyyətdə olan sədri, Avstriyanın xarici işlər naziri Sebastian Kurts qurumda Azərbaycan nümayəndə heyətinin üzvü Qənirə Paşayevanın Ermənistanın Azərbaycanın ərazilərini işğal etməsi nəticəsində azərbaycanlı qaçqın və məcburi köçkünlərinin vəziyyəti ilə bağlı suala cavab verərkən deyib.

Qeyd edək ki, günün ikinci yarısında Avropa Şurası Nazirlər Komitəsinə sədirlik edən Avstriyanın xarici işlər naziri S.Kurts Assambleya üzvləri qarşısında AŞ NK-nın fəaliyyəti barədə məruzə ilə çıxış edib, sonra Assambleya üzvlərinin suallarını cavablandırıb.

Millət vəkili sualında bildirib: "Cənab nazir, Ermənistan silahlı qüvvələri atəşkəs rejimini pozaraq mənim millət vəkili seçildiyim bölgədə 9 gün əvvəl mülki vətəndaş Etibar Tağıyevi snayperlərlə yaralayıblar. Bundan başqa, çoxlu sayda mülki insanlar, onların evləri atəşə tutulub və böyük zərər yetirilib. Nəzərinizə çatdırım ki, bu kimi hallar tez-tez baş verir. Sədr kimi bu hallara münasibətinizi bilmək istərdim. Eyni zamanda, Ermənistanın işğalının hələ də davam etməsi səbəbindən 20 ildən artıqdır ki, evlərinə dönə bilməyən 100 minlərlə azərbaycanlı məcburi qaçqın və köçkün pozulan hüquqlarının müdafiəsi və öz yurdlarına dönə bilmək üçün sizdən - AŞ Nazirlər Komitəsindən 1416 saylı qətnamənin yerinə yetirilməsi üçün dəstək gözləyirlər. 9 il əvvəl qəbul edilmiş qətnamənin icra olunması istiqamətində AŞ niyə qəti addımlar atmır? Bu məsələ sizi bir sədr kimi narahat edirmi?"

Avstriyalı nazir deyib ki, Dağlıq Qarabağ münaqişəsi uzun zamandır mövcuddur və bunun həlli hamımız üçün olduqca vacibdir:

"Dağlıq Qarabağ münaqişəsinə gəldikdə, haqlısınız, bu münaqişə uzun zamandır mövcuddur və bunun həlli hamımız üçün olduqca vacibdir. Bilirəm ki, ATƏT-in Minsk qrupu bu istiqamətdə öz işini davam etdirir və məndə olan məlumatlara görə, yaxın vaxtlarda hər iki ölkənin prezidentləri səviyyəsində görüşün təşkil olunması prosesi gedir. Hər iki ölkənin xarici işlər naziri müntəzəm şəkildə təmasdadırlar və biz də bu görüşlərin Vyanada keçirilməsi üçün həmişə hazırıq. Biz də öz növbəmizdə bu danışıqlara, münaqişənin sülh yolu ilə həllinin tapılması istiqamətində öz töhfəmizi verməyə hazırıq. Burada yeganə məqsəd bu münaqişəyə mümkün qədər tez bir zamanda son qoymaqdır" (Trend).

Tarix
2014.04.07 / 20:15
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Araikin müsahibəsi buna görə yayımlanmadı - Erməni ekspertdən şok

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla