Yuxarı

Con Kerri Azərbaycana nə üçün gəlir? - Ekspert

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"ABŞ dövlət Katibi Con Kerrinin yaxın günlərdə Azərbaycana gözlənilən səfərinin arxasında gizlin nüanslar axtarmaq düzgün deyil. Bu səfər Cənubi Qafqaz regionunda yeni və gənc dövlətlərə ABŞ dəstəyinin ifadəsidir".

Bu sözləri "Axar.az"a açıqlamasında Milli Məclisin Azərbaycan-ABŞ dostluq qrupunun üzvü, millət vəkili Asim Mollazadə dedi. O, bildirdi ki, ABŞ-dan olan yüksək vəzifəli şəxslərin Azərbaycana səfəri tez-tez baş verir və buna təəcüblənmək lazım deyil:

"Azərbaycan ABŞ ilə terrorizmlə mübarizə sahəsində müttəfiq ölkədir. Ona görə, ABŞ-ın dövlət katibinin Azərbaycana səfəri sizə qəribə gəlməsin. Con Kerrinin ölkəmizə səfərinin əsas səbəbi ABŞ-ın Cənubi Qafqazdakı dövlətlərə dəstəyinin ifadəsi olmaqla bərabər həm də bir sıra tədbirlərdə iştirak etməkdir. Bir daha deyirəm ki, bu səfəri hər hansı bir başqa maraqlarla şərh etmək düzgün olmazdı".

Millət vəkili MDB-dən olan dövlətlərin silahlı qüvvələrinin baş qərargah rəislərinin Bakıya səfəri məsələsinə də aydınlıq gətirib:

"Bu səfər əvvəlcədən gözlənilən və planlaşdırılan bir səfərdir. Azərbaycana bütün dövlətlərdən önəmli və vəzifəli şəxslər gəlir, onların səfərlərini bir-biri ilə əlaqələndirmək və bir yerə bağlamaq düzgün olmazdı. Con Kerrinin ölkəmizə səfərini MDB dövlətlərinin müdafiə nazirliklərinin qərargah rəislərinin toplantısı ilə əlaqələndirmək düzgün deyil".

Tarix
2014.04.07 / 17:19
Müəllif
Tural Qurbanlı
Şərhlər
Digər xəbərlər

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla