Yuxarı

Qadınların diri-diri yandırıldığı Ağdaban – 22 il

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

1992-ci ilin aprelin 7-dən 8-nə keçən gecə Kəlbəcər rayonunun Ağdaban kəndi azğın ermənilərin hücumuna məruz qalıb. Nəticədə kənd tamamilə yandırılaraq məhv edilib. Bu gün həmin faciənin 22-ci ildönümüdür.

"Axar.az" xəbər verir ki, 130 evdən ibarət olan Ağdaban kəndində həmin gecə tarixin ən dəhşətli cinayətlərindən biri törədilib. Kəndə hücum edən erməni separatçıları 779 nəfər dinc kənd sakininə qeyri-insani işkəncələr verib. 32 nəfər qətlə yetirilib, 8 nəfər 90-100 yaşlı qoca, 2 nəfər azyaşlı uşaq, 7 nəfər qadın diri-diri odda yandırılıb.

Faciə zamanı itkin düşən 2 nəfərin taleyi hələ də bəlli deyil. 12 nəfər isə ağır bədən xəsarətləri alaraq əlil olublar.

Bununla kifayətlənməyən erməni vandalları tarixi, memarlıq və mədəniyyət abidələrini dağıdaraq məhv edib, müqəddəs ziyərətgah və qəbiristanlıqları təhqir etməkdən çəkinməyiblər.

Ağdaban kəndində klassik Azərbaycan şeirinin ustadı Ağdabanlı Qurbanın və oğlu Aşıq Şəmşirin əlyazmalarını yandırıb talan ediblər.

Xatırladaq ki, 1993-cü il martın 26-da bu faciə bir daha təkrarlanıb. Bunun ardınca isə Kəlbəcər rayonunun işğalı gercəkləşdirilib.

Tarix
2014.04.07 / 14:20
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakıya “sanksiya siyahısı”na sevinən azərbaycanlılar…

Bu, sülhə doğru görünən addımdır - Almaniya

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla