Yuxarı

Nurçu məktəblərinin ikinci şəxsləri ABŞ-a niyə gedir?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə baş naziri Ərdoğanın Azərbaycana birgünlük səfərindən sonra camaat məktəblərinin bağlanması iddiaları bir qədər də artıb.

Ərdoğanın bağlı qapılar arxasında baş tutan görüş zamanı həmin məktəblərin haqqında prezident İlham Əliyevdən ölçü götürməsini xahiş etdiyi deyilir. Qapalı görüşdən sonra Baş nazirlə Prezident İlham Əliyevin birgə keçirdikləri mətbuat konfransında camaat məktəblərinin Azərbaycandakı taleyi ilə bağlı hər iki dövlət liderinə ünvanlanan suallara verdikləri diplomatik cavablar da bu iddiaları bir qədər də dərinləşdirib.

Belə ki, prezident İlham Əliyevin "Türkiyəyə zərər verəcək hər hansı addımı qəbul etməyəcəyik"-cavabını Türkiyə mediası "İlham Əliyev camaat məktəblərini bağlamaq siqnalını verdi"-kimi şərh edib.

Məlumata görə, "Çağ" Öyrətim Məktəblərinin ikinci şəxsləri gözlənilmədən ABŞ-a yola düşürlər. Səfərin detalları açıqlanmasa da camaat məktəblərinin bağlanacağı ilə bağlı iddiaların yenidən gündəmə gəldiyi bir vaxtda "Çağ"ın nüfuzlu şəxslərinin ABŞ-a üz tutması təsadüfi görünmür. Mənbə sözügedən məktəblərin və "Araz" kurslarının ikinci şəxslərinin aprelin 8-də Türkiyəyə, oradan isə ABŞ-a səfər edəcəyini açıqlayıb. Onların ABŞ səfərinin Pensilvaniyaya olub-olmadığı haqda isə bir məlumat yoxdur ("Qafqazinfo.az").

Tarix
2014.04.07 / 12:56
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kəndlər qaytarılandan sonra Paşinyan ilk dəfə danışdı

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla