Yuxarı

İşdən çıxan polis rəisinin oğluna vəzifə verilir

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nazirə raport yazaraq səhhəti ilə əlaqədar işdən azad olunmasını xahiş edən Şamaxı Rayon Polis Şöbəsinin (RPŞ) rəisi, polkovnik Şahmar Paşayevin oğlu, polis mayoru Turabi Paşayev Nərimanov rayon 18-ci polis bölməsinə rəis təyin ediləcək.

Daxili İşlər orqanlarından "Axar.az"a daxil olan məlumata görə, T.Paşayevin yeni vəzifəyə təyinatı ilə bağlı artıq nazir Ramil Usubova təqdimat da verilib.

Məlumata görə, polkovnik Ş.Paşayevin vəzifədən getməklə bağlı nazirə raport yazması gözlənilməz xəbər olub. Çünki Ş.Paşayev hüquq-mühafizə orqanları sistemində nüfuzlu və peşəkar kadr kimi tanınıb. Ona görə də Ş.Paşayevin işdən getmək xahişindən sonra nazir onu qəbul edib. Polkovnik yaşlandığını və yerini gənclərə vermək istədiyini deyib. General Usubov isə "yerini gənclərə vermək istəyən" Ş.Paşayevin hüquq-mühafizə orqanlarındakı nüfuzunu nəzərə alaraq, onun oğluna vəzifə vermək qərarına gəlib.

Məlumatda həmçinin bildirilir ki, Nərimanov Rayon Polis İdarəsinin 18-ci polis bölməsinin rəisi vəzifəsi boşdur: "T.Paşayevin 18-ci bölməyə və yaxud Qaradağ Rayon Polis Şöbəsinin 38-ci bölməsinə göndərilməsi nəzərdə tutulur".

Qaradağ Rayon 38-ci polis bölməsinin polis sahə rəisi, polis mayoru Mərdi Hüseynov "Axar.az"a açıqlama verərkən, bölmədə hər hansı dəyişiklik olmadığını dedi: "38-ci polis bölməsinin rəisi Rafiq Şərifovdur. Onun vəzifəsinin dəyişdiriləcəyi ilə bağlı heç bir məlumatımız yoxdur".

Nərimanov Rayon 18-ci polis bölməsinin polis sahə inspektoru, polis leytenantı Sarvan Osmanov bildirdi ki, bölmənin rəisi təzəlikcə polis rəisi vəzifəsinə təyin olunub və hazırda bölmə rəissiz fəaliyyət göstərir: "Bizə kimin rəis göndəriləcəyini bilmirik, bu, cənab nazirin səlahiyyətindədir".

DİN-in mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov yeni təyinatla bağlı hər hansı söz deməyin mümkün olmadığını söylədi: "Polkovnik Şahmar Paşayev doğrudan da hörmətli polis rəislərindən biridir və təəssüf ki, səhhəti ilə bağlı istefaya getməyə məcbur oldu. O ki qaldı onun oğlunun vəzifəyə gətirilməsinə, nazirin səlahiyyətində olan gələcək təyinatlarla bağlı proqnoz verə bilmərik".

Tarix
2014.04.07 / 12:05
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Son görüşdə hər ikiniz məni buna əmin etdiniz - Şolts

Əliyev və Şolts mətbuat konfransı keçirirlər

Əliyevlə Şoltsun Berlində geniş tərkibdə görüşü başa çatdı

İranlı mollalar özlərini ifşa etdi, Əliyevi təsdiqlədilər!

Əliyevlə Şoltsun təkbətək görüşü oldu

Ermənistan Azərbaycanın beşdə birini işğal etdikdən sonra...

Ağdamda heç nə etməyən mərkəz bağlandı

Qumda Azərbaycana qarşı növbəti tədbir keçirildi

İlham Əliyev Almaniyada mühüm tədbirdə... - Foto

COP29 bizə imkan verəcək ki... - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla