İrəvanda şok yaşanır: Hərbçilər aksiyaçılara qoşuldu
02:10
Ana səhifə İdman |
Bakının mərkəzində "Qalatasaray" və "Fənərbaxça" azarkeşləri arasında qarşıdurma yaranıb.
"Qalatasaray" - "Fənərbaxça" matçının başlanmasına bir neçə saat qalmış azarkeşlər "Torqovı"da yürüş keçiriblər. Bu zaman iki komandanın azarkeşləri arasında qarşıdurma yaranıb. Polisin olaya müdaxilə etməsindən sonra ara sakitləşib. Xəsarət alanların olmadığı bildirilir.
Qeyd edək ki, ötən gün baş tutan qarşılaşmada "Qalatasaray" 10-cu dəqiqədə Uesli Sneyderin vurduğu qolla "Fənərbaxça"nı 1:0 hesabı ilə məğlub edib. Gərgin keçən oyunda hakim futbolçulara iki qırmızı vərəqə göstərib (ANS).
Tarix
2014.04.07 / 11:55
|
Müəllif
Axar.az
|