Yuxarı

ANS kəlbəcərlilərdən üzr istəməyəcək - Qalmaqal

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aprelin 2-si, Kəlbəcərin işğal günü "Xəbərçi" proqramının saat 21:00 buraxılışında efirə gedən "Kəlbəcərsiz 21 il" başlıqlı süjet qalmaqala səbəb olub. Kəlbəcər sakinləri bu süjetdə səslənən fikirlərə görə ANS telekanalının üzr istəməsini tələb edirlər.

"Axar.az" xəbər verir ki, Kəlbəcər sakinləri Ləman Ələşrəfqızının hazırladığı 3.37 dəqiqəlik süjetdə Kəlbəcər sakinlərinin ünvanına təhqiramiz ifadələr səsləndirdiyini iddia edirlər. Hesab edirlər ki, süjetdə qoyun-quzu fonunda səsləndirilən "bu sürü psixologiyası təkcə mülki əhalidə yox, döyüşçülərdə də hiss olunurdu" və "Kəlbəcərdən utandım. Süd verdiyi balaları ona naxələf çıxdılar" ifadələri Kəlbəcər sakinlərinə qarşı təhqirdir.

Bu məsələdən sonra Ləman Ələşrəfqızı aprelin 3-ü Feysbuk səhifəsindəki şəxsi hesabında mövzuyla bağlı belə bir status yazıb: "Ləman Jirinovskinin qızıdır və hürüb sakitləşəcək. Kəlbəcərlə bağlı süjetimdən sonra bir sıra kəlbəcərlinin mənə verdiyi qiymət. Təşəkkür edirəm".

Daha sonra isə şərhlərdə üzr istəməyəcəyini qeyd edib: "Mən heç kimdən üzr istəməyə hazırlaşmıram. Bununla da söhbəti yekunlaşdıraq, məncə. Mənim üçün, bir jurnalist üçün əlahəzrət fakt var ortada. Onun qarşısında hamı şlyapasını çıxarıb baş əyməlidir. Mənim ifadələrimin sübutu gördüyüm kadrlardır. Sağ olun".

Bu gün yenidən Ləman Ələşrəfqızı ilə əlaqə saxlayıb məsələ ilə bağlı fikirlərini soruşduq. Ləman xanım bu haqda mətbuata heç nə danışmayacağını dedi: "Mən bu gün reportaj edəcəm bu haqda. Yaxşı olar "Xəbərçi"nin 15:00 buraxılışına baxın. Yəni, sözümü orada deyəcəm, heç bir KİV-ə yox".

Tarix
2014.04.07 / 11:36
Müəllif
Nilufər Muğantürk
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla