Yuxarı

Baş prokurorun ölkədən qaçma anı: aeroportda atışma - Video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynanın keçmiş Baş prokuroru Viktor Pşonki və keçmiş Vergilər naziri Aleksandr Klimenkonun hələ bir müddət öncə ölkədən qaçmaq istədiyi anlar Donbas aeroportunun nəzarət kameralarına düşüb və həmin görüntülər ilk dəfə efirə verilib.

"Axar.az" xəbər verir ki, efirə verilən süjetdə həmçinim sabiq prezident Viktor Yanukoviçin də qaçmaq anları yer alıb.

Videodan da göründüyü kimi, sərhəd məntəqəsini keçməyə cəhd edən sabiq məmurların şəxsi mühafizə üzvləri səhrədçilərin müqavimətini görüb onlara atəş açıblar. Adıçəkilən şəxslər hava limanının VİP terminalı ilə Ukraynadan qaçmağa çalışıblar. Sərhədçilərin bütün səylərinə baxmayaraq, həmin şəxslər naməlum istiqamətdə qaçmağa müyəssər olublar.

Xatırladaq ki, Ukrayna Baş Prokurorluğu Pşonkiyə qarşı Cinayət Məcəlləsinin 115-ci maddəsi – kütləvi ölüm - üzrə cinayət işi açıb. Bu sanksiya üzrə 7 ildən 17-ə qədər azadlıqdan məhrumetmə nəzərdə tutulur. Verilən məlumatlara görə, kütləvi qətllərədə daha 50 nəfər keçmiş məmurun adları hallanır. Hazırda Pşonki axtarışa verilib.

Tarix
2014.04.07 / 11:10
Müəllif
Ruslan Məmmədoğlu
Şərhlər
Digər xəbərlər

Əliyevin Ştaynmayerlə təkbətək görüşü başladı

FHN-də tədrisin keyfiyyətinə xüsusi əhəmiyyət verilir - Foto

Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi

Bakıdan sülh sazişi ilə bağlı təkliflər aldıq - İrəvan

İrəvan Bakıdan sülhlə bağlı növbəti təklifləri aldı

İlham Əliyev Almaniyada mühüm tədbirdə... - Foto

Prezident BƏƏ naziri ilə görüşdü

Əliyev Berbokla görüşdü

Azərbaycanla Ermənistan arasında müharibə... - Pakayin

Media məkanımızı bundan qorumalıyıq - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla