Yuxarı

Əbülfəz Elçibəyin efirə getməyən müsahibəsi - Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu həftə Kəlbəcərin işğalından düz 21 il keçdi. Biz artıq, ifadəsilə demək olar ki, heç bir hiss oyatmayan, əksinə milli əksəriyyətə dəyib düşən fakt qurusundan danışmayacağıq. Sizə 1993-cü ilin mart ayının 27-də Əbülfəz Elçibəydən götürdüyümüz müsahibəni təqdim edəcəyik. Onu da deyim ki, müsahibə efirə ilk dəfədir ki, gedir. Bəs onu niyə efirə verməmişik? Baxın, cavabını müsahibədən sonra verəcəyik.

Əbülfəz Elçibəy: "Ermənistan Laçın və Şuşada törətdiyi faciəni bu gün Kəlbəcərdə törətrmək istəyir. Çox ehtiyat edirik ki, çox böyük faciə ola bilər. İnsan qırğını, xüsusən uşaqların qadınların qırğını ola bilər. Bütün gücümüzlə çalışırıq ki, uşaqları və qadınları bu bölgədən çıxaraq. Ermənistan 2 tərəfdən Kəlbəcərə hücüm edir. Yolları bağlayaraq əhalini təcrid ediblər..."

İndi isə müsahibənin efirə niyə verməməyimizin səbəbi barədə. Müsahibədən sonra Əbülfəz bəy bizdən soruşdu ki, onu nə vaxt verəcəyik? Biz ona "Cənab Prezident, ANS-in efirə çıxışını bərpa edəcəyiniz halda. Axı biz efirdə yoxuq, bizi bağlamısınız", - deyə cavab verdik. ANS açılmadı, müsahibə isə efirə getmədi. Biz bir daha efirə 1993-cü ilin iyul ayında qayıtdıq. Onda da artıq gec idi. Bir də biz Elçibəylə bu mövzuya 2000-ci ilin aprelində qayıtdıq. O Kəlbəcəri qoruya bilmədiyinə gözə xalqdan üzr istədi".

Tarix
2014.04.07 / 00:48
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

Bu, mütrüb-şüvənliyə son qoyulmalıdır – Ordumuz girsin!

Əliyevlə Japarov Ağdamda... - Foto

Prezidentlər Füzulinin dağıdılmış yerlərinə baxdılar - Foto

Etirazlar Tavuşdan kənara çıxdı: yollar bağlanır - Video

Yeganə ölkəyik ki, Rusiya və İranla... - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla