Yuxarı

İlk Olimpiya oyunları Bakıda xatırlandı - Foto

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

1896-cı ildə Afinada keçirilən ilk müasir olimpiya oyunlarının açılışından 118 il keçir.

"Axar.az" xəbər verir ki, bu gün Bakıda "Hilton" otelində İnkişaf və Sülh naminə 1-ci Beynəlxalq İdman Günü qeyd olunub. Tədbirin əsas təşkilatçıları Nəsillər Sülh Naminə (Generations for Peace) Azərbaycan təşkilatı, "Hilton" Bakı Oteli, BMT-nin İctimai İnformasiya Departamenti (UN DPİ) və "İnkişaf üçün İdman" İctimai Birliyidir.

Nəsillər Sülh Naminə Azərbaycan təşkilatının Milli Əlaqələndiricisi Aysel Əsgərova bu il ilk dəfə olaraq İnkişaf və Sülh naminə Beynəlxalq İdman Gününün qeyd edildiyini bildirdi. Onun sözlərinə görə, tədbirin keçirilməsində məqsəd məhz idman vasitəsilə ayrıseçkilik və müxfəlifliklərə yeni baxışı formalaşdırmaq və müxtəliflik, bərabərlik, qarşılıqlı hörmət və anlaşma kimi dəyərləri təbliğ etməkdir.

Xatırladaq ki, ilk müasir olimpiya oyunları 1896-cı ildə Yunanıstanın paytaxtı Afinada keçirilib. Həmin oyunların acılışı isə 1896-cı ilin aprelin 6-da baş tutub. BMT-nin Baş Assambleyasının 2013-cü ildə verilmiş qərarına əsasən, hər il 6 aprel tarixi Beynəlxalq İdman və Fiziki Aktivlik Günü kimi qeyd edilir.

Tarix
2014.04.06 / 22:45
Müəllif
Tural İbadov
Şərhlər
Digər xəbərlər

Sülhməramlılar Goran stansiyasında cəmləşdi - Foto

Bakı və İrəvan arasında razılaşma... – Almaniya XİN

Rəsmi Ankaradan kəndlərimizin qaytarılmasına - Reaksiya

Ceyhun Bayramov İran səfiri ilə görüşdü

Yelena Kondratyuk Azərbaycana gəlir

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılarla bağlı göstəriş

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla