Yuxarı

ABŞ Şimali Koreyaya qarşı hərbi gəmilərini göndərir

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Müdafiə naziri Çak Heygel Vaşinqtonun Şimali Koreya tərəfindən hədələrin qarşısını almaq məqsədilə Yaponiyaya raket əleyhinə iki hərbi gəmi göndərməyi planlaşdırdığını deyib.

Çak Heygel yaponiyalı həmkarı İtsunori Onodera ilə görüşdən sonra Tokioda keçirilən birgə mətbuat konfransında bildirib ki, AEGİS hərbi gəmilərinin Yaponiyaya 2017-ci ilə qədər göndərilməsi nəzərdə tutulur. Bununla ABŞ-ın raket əleyhinə müdafiə qüvvələri gücləndirilərək, yeddi hərbi gəmiyə çatdırılıcaq.

ABŞ müdafiə naziri bu açıqlamanı Şimali Koreyanın raket və nüvə sınaqlarını davam etdirməklə hədələyərək, qonşuları ilə gərginliyi daha artırmasından sonra verib.

Çinə səfəri ərəfəsində Çak Heygel eyni zamanda, Pekini regional münasibətlər və ərazi mübahisələri zamanı öz nüfuzundan məsuliyyətlə istifadə etməyə çağırıb.

Pentaqon rəhbəri Birləşmiş Ştatların müttəfiqlərini regionda müdafiə sahəsində razılaşmalara sadiq qaldığını çatdırmaq üçün Asiya-Sakit ocean hövzəsi ölkələrinə 10 günlük səfər edir. ("Amerikaninsesi.org")

Tarix
2014.04.06 / 20:52
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılarla bağlı göstəriş

Kəndər qaytarıldı, general rəhbər heyəti topladı - Video

Kəndlər qaytarılandan sonra Paşinyan ilk dəfə danışdı

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla