Yuxarı

"Qarabağ" "Barselona"dan güclü ola bilər"

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Oyundan sonra deməyə söz tapmıram. Yetirmələrim yaxşı oynadı. Bəzi epizodlarda hakim düzgün qərarlar vermədi. İlk hissədə hakim oyunu yaxşı idarə etdi, lakin ikinci hissədə tam əksi oldu. Sanki Flavinyoya göstərilən sarı vərəqədən sonra hakimlik bizə qarşı oldu".

Bu sözləri "Bakı" klubunun baş məşqçisi Milinko Pantiç "Neftçi" ilə oyundan (0:1) sonra deyib.

Serbiyalı mütəxəssis "Neftçi"nin meydanında rəqiblərin xal qazanmasını mümkünsüz hesab etdiyini bildirib: "Çətin oyuna hazır idik. "Barselona"nın belə burada xal qazanması çətindir. Məğlubiyyət üzücü olsa da, heç bir futbolçumun zədələnməməsinə, sarı vərəqə limitini doldurmamasına sevinirəm. Tam heyətlə növbəti oyuna hazırlaşacağıq. "Qarabağ" burada dörd qol vurubsa "Barselona"dan daha güclü ola bilər".

Pantiç komandasının əqibdən üstün oynadını da vurğulayıb: "İlk hissədə 11 metrlik cərimə zərbəsi var idi, hakim vermədi. Marius Pena bir neçə imkandan istifadə edə bilmədi, olanımız budur. Aparıcı oyunçularımız bu oyunda iştirak etmirdi. Əfran İsmayılov tam hazır olduğu üçün əsas heyətdə meydana çıxmışdı, yaxşı oynadı. Bəlkə də onun yerinə Junioru oynatmalıydım. Bu halda isə meydana 3 yerli futbolçu ilə çıxmalı idim".

Tarix
2014.04.06 / 19:08
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla