Yuxarı

“Rusiya olduğu müddətdə Qarabağ problemi çözülməyəcək”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Serj Sərkisyan gözəl bilir ki, nə səbəbə görə Ermənistan Parlamenti gülləbaran edilib".

Bu sözləri "Axar.az"a açıqlamasında politoloq Vəfa Quluzadə deyib.

Ermənilər türklərə nifrət etmir

O, Ermənistanın sosial partlayış ərəfəsində olduğunu deyib:

"Ermənistan parçalanmış cəmiyyətdir. Çünki Ermənistan bir tərəfdən tamamilə Rusiya müstəmləkəsidir və xalq da bunu istəmir. Yalnız hakim dairə Rusiyanın Ermənistan üçün əhəmiyyətini təbliğ edir. Əksinə, bütün ziyalı, savadlı ermənilər bilirlər ki, Rusiya Ermənistanın bədbəxtliyidir. Onunçün ki, Rusiyaya görə Ermənistan təcrid olunmuş vəziyyətdə qalıb. Ermənilər görürlər ki, türklərin onları qırmaq fikri yoxdur. Əksinə, onlara əl uzadaraq bu bataqlıqdan çıxartmaq istəyirlər. Ona görə Ermənistanda Putinin səfəri ərəfəsində nümayişlər oldu, Avropa İttifaqına tərəf ermənilərdən böyük istək göründü. Lakin Sərkisyan bu arzunu onların ürəyində qoydu. Erməni xalqı öz rəhbərliyindən olduqca narazıdır. Vəziyyət orada kövrəkdir və bir gün partlayacaq".

Sərkisyanın ipi Moskvanın əlindədir

Politoloq Dağlıq Qarabağ konfliktinin həll olunmasında irəliləyiş olmayacağını qeyd edib:

"Ermənistan Rusiyanın caynağından çıxmayana qədər heç bir irəliləyiş olmayacaq. Serj Sərkisyan tamamilə Moskvadan asılı adamdır. O, gözəl bilir ki, nə səbəbə görə Ermənistan Parlamenti gülləbaran edilib. Bunu ondan yaxşı bilən yoxdur. Ona görə də Serj Sərkisyan Moskvanın icazəsi olmasa, heç bir addım ata bilməz. Moskva da Qarabağ məsələsini əngəlləyərək, bir gün Azərbaycana qarşı istifadə etməyə ümid edir. Bu münaqişə ilə ABŞ-ın, Avropa İttifaqının, NATO-nun regionda olan bütün maraqlarına hədə-qorxu gəlir. Ona görə də məsələ həll olunmayacaq və hələlik irəliləyiş gözləməyə dəyməz".

Azərbaycan üçün ən yaxşı namizəd

V.Quluzadə erməni xalqının sülhə ehtiyacı olduğunu söyləyib:

"Ermənistanda Ter-Petrosyandan əlavə daha müsbət şəxsiyyətlər var. Məsələn, David Şahnazaryan. O, müxalifətdədir və açıq-aşkar deyir ki, bizim bütün sərhədlərimiz Rusiyanındır. Əgər o hakimiyyətə gələ bilsə və ölkə Rusiyanın caynağından çıxa bilsə, sülh məsələsi həll olunacaq. Ermənistan xalqı deyir ki, əgər qələbə çalmısınızsa, bəs sülh haradadır? Bax, onlar bundan narazıdırlar".

Tarix
2014.04.06 / 15:00
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmayılıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

Bu, mütrüb-şüvənliyə son qoyulmalıdır – Ordumuz girsin!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla