Yuxarı

“İntim səhnələri çəkmək böyük istedad tələb edir”

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Yerli seriallarımızda açıq-saçıq səhnələrin nümayiş olunmasına münasibətim pisdir, gənclərdə düzgün fikrin formalaşmasında mənfi rol oynayır."

Bu sözləri seriallarımızda erotik səhnələrin yayımlanması mövzusunda "Axar.az"ın tanınmışlar arasında keçirdiyi sorğu zamanı şairə Cığatel İsaqızı dedi.

Rejissorlar bunu yüngül reklam xatirinə edirlər

Kinorejissor Fariz Əhmədov ehtiyac olduğu zaman seriallarda belə səhnələrə də yer verməyin lazım olduğunu bildirib:

"Ümumiyyətlə kino vizual sənətdir və hər hansı bir filmi çəkərkən rejissor özünə heç bir məhdudiyyət qoymamalıdır. İlk növbədə hər bir düşünülmüş səhnə filmin ideyasına işləməlidir. Əgər ethiyac varsa əlbəttə açıq səhnə də olmalıdır. Kino həyatın aynasıdır və öz materialını əksər halda cəmiyyətdən götürür. Yaşadığımız həyat tək yemək və yatmaqdan ibarət deyil. Əlbəttə ki, açıq səhnələri çəkmək rejissordan böyük isdedad ve bacarıq tələb edir. Əsas odur ki, bu səhnə filmin qayəsinə xidmət etsin, bəzi halda rejissorlar əlbəttə yüngül reklam xatirinə bu işləri görürlər."

Yerli seriallara baxmıram

Mirvari Qəhrəmanlı yerli serialları izləmədiyini, ümumilikdə isə belə səhnələrə münasibətinin pis olduğunu dedi:

"Vallah heç birinə baxmıram. Amma bunu düzgün hesab etmirəm. Ümumiyyətlə nə açıq-saçıq geyimləri, nə də intim səhnələri sevmirəm və bunu qəbul etmirəm. Yetişməkdə olan gənclərin həyat tərzinə təsir edəcək mənfi amil kimi qiymətləndirirəm".

Film reallığı əks etdirir

Şair Vüqar Əhməd isə seriallarımızda erotik səhnələrə yer verilməsinin müəyyən həddə qədər normal olduğunu söylədi:

"Türk seriallarında olduğu kimi, müəyyən səddi saxlamaqla belə səhnələrə də yer ayırmaq olar. İntim səhnələrin nümayiş olunmasına qarşıyam, çünki biz türkük, müsəlmanıq. Yüngülvari öpüş səhnələri hələ sovet dövründə də olurdu, indi də müəyyən qədər yer ayırmaq olar. Film reallığı əks etdirməlidir. Yerli seriallarımızda belə səhnələrin kasad olacağı təqdirdə tamaşaçı kütləsi də azalacaq".

Tarix
2014.04.06 / 14:36
Müəllif
Lalə Novruzlu
Şərhlər
Digər xəbərlər

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla