Yuxarı

Ukrayna da KQB arxivini açır

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynanın Milli Abidələr İnstitutunun yeni rəhbəri Vladimir Vyatroviç Sovet xəfiyyəsinin bütün sənədlərinin vətəndaşların üzünə açılmasına qərar verib.

"Axar.az"ın "Azadlıq" radiosuna istinadən məlumatına görə, Vyatroviç bu istiqamətdə addım atılacağı təqdirdə Rusiyanın təpkilərini istisna etməyib:

"İlk növbədə təcili şəkildə KQB sənədlərini Ukrayna təhlükəsizlik orqanlarından almalıyıq. Çünki sənədlər həmin orqanların işlərinə gərəkli deyil. Təyinatına uyğun olaraq, bu sənədlər Milli Abidələr İnstitutuna verilməlidir".

Vyatroviç sənədlərin açılması prosesinin Çexiya nümunəsi üzrə aparılmasını təklif edib. Məlumdur ki, Çexiyada hər bir vətəndaş bu sənədlərlə tanış ola bilirdi:

"Bu suallara aydınlıq gətiriməsi üçün Çexiya variantı bizim üçün ən ideal seçim olardı. Olduqca liberal bir qanun çıxarıldı. İnanıram ki, Ukraynada da belə addım ata biləcəyik. Məqsədimiz hər bir vətəndaşın bu sənədlərlə tanış olmasına maksimum imkan yaratmaqdır".

İnstut rəhəbəri etiraf edir ki, sənədlərin açlması Ukrayna daxilində də təzyiqlərlə üzləşəcək. Amma o, ən böyük təpkinin Rusiyadan gələcəyinə əmindir:

"Rusiya tərəfindən böyük müqavimət olacaq. Mən bunu hətta 2008-2010-cu ildə hiss etdim. Yadımdadır, Rusiya Ukrayna daxilində böyük bir təbliğat apardı ki, hətta bu, az qala, vətəndaş müharibəsinə səbəb olacaq".

Ukrayna Milli Abidələr İnstutu sabiq prezident Viktor Yuşşenkonun göstərişi ilə 2006-cı ildə yaradılıb. KQB sənədləri ilk dəfə Ukraynada 2009-2010-cu illərdə açılmağa başlayıb. O vaxt Vyatroviç arxivin direktoru işləyib. Viktor Yanukoviçin gəlişindən sonra KQB sənədləri ilə tanışlığa qadağa qoyulub.

Xatırladaq ki, bir müddət öncə Latviya KQB sənədlərinin açılması qərarını parlamentin birinci oxunuşunda qəbul etmişdi.

Tarix
2014.04.06 / 10:30
Müəllif
Ruslan Məmmədoğlu
Şərhlər
Digər xəbərlər

G7 Bakı və İrəvana çağırış etdi

Razılaşma: Bakı və İrəvanın sərhəd xidmətləri eyni vaxtda...

Delimitasiya prosesi davam etdiriləcək

Delimitasiya prosesi bu bəyannaməyə əsaslanacaq

Qazaxın 4 kəndi Azərbaycana qaytarıldı - Təcili

Delimitasiya görüşü: Bakı və İrəvan razılığa gəldi

İlham Əliyev Moskvaya gedir

İlham Əliyev Berlində Şoltsla görüşəcək

Bakının qaldırdığı ilkin etirazlara dair dinləmələr... - Haaqa

Bayramov Fələstinin baş naziri ilə danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla