Yuxarı

FHN taxta bazarındakı yanğınla bağlı məlumat yaydı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

09:45

Bakıda taxta satışı bazarında yanğın baş verib.

"Axar.az" Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Nərimanov rayonunda taxta satışı bazarında yanğın hadisəsi baş verib.

Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin qüvvə və vasitələri cəlb olunublar.

Yanğının söndürülməsi üzrə işlər davam etdirilir.

21:52

"Bazarın ərazisində 1050 kv.m sahədə ştabellərə yığılmış, vətəndaşlara məxsus 450 kub.m taxta materialları yanıb"

"Axar.az" Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, FHN Bakıda taxta satışı bazarında baş verən yanğın barədə məlumat yayıb.

Bakı şəhəri, Nərimanov rayonunda taxta satışı bazarında yanğın hadisəsi baş verib. Dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin, Xüsusi Riskli Xilasetmə Xitmətinin canlı qüvvə və texnikası hadisə yerinə cəlb olunub və aidiyyəti qurumlar məlumatlandırılıb.

Hadisə yerində xilasedicilər yanğınsöndürənlərin xidməti işinə köməklik məqsəd ilə geniş təxliyə əməliyyatı həyata keçiriblər.

Yanğınsöndürmə əməliyyatları zamanı xilasedicilər vətəndaşların təhlükəsiz məsafəyə uzaqlaşdırılmasını təmin edib və müvafiq mühafizə tədbirləri həyata keçirərək yanğının baş verdiyi ərazidən ümumilikdə 35 nəfəri təxliyə ediblər.

Bazarın ərazisində 1050 kv.m sahədə ştabellərə yığılmış, vətəndaşlara məxsus 450 kub.m taxta materialları yanıb. Taxta materiallarının qalan hissəsi və yaxınlıqdakı obyektlər yanğından mühafizə olunub. Yanğın zamanı tüstüdən zəhərlənən 2 nəfər fəhlə Təcili Tibbi Yardım Xidməti tərəfindən xəsətəxanaya aparılıb.

Yanğın saat 14:49-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Tarix
2014.04.06 / 21:52
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

İrəvan Fransanın oyunlarına getməməlidir! - İcma

Paşinyan separatçıları hədələdi: Bir hakimiyyət var!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla