Yuxarı

Kerri də Bakıya gəlir – Qafqaz qaynayır

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Dövlət katibi Con Kerrinin Azərbaycana səfəri yaxın günlərdə başlayacaq.

"Axar.az" xəbər verir ki, amerikalı rəsminin Cənubi Qafqaza səfərə hazırlaşdığı barədə artıq Dövlət Departamentinin rəsmi saytında məlumat yerləşdirilib. Ancaq səfərin dəqiq vaxtı və məqsədi barədə bilgi yoxdur, yalnız bu vizitin "yaxın günlərdə" reallaşacağı qeyd edilir.

Ekspertlər isə Kerrinin məqsədinin Azərbaycandan Rusiyaya qarşı istifadə etmək, ölkəmizin mavi yanacağını Avropa bazarlarına cıxarmaqdan ibarət olduğunu bildirirlər.

Departamentin rəsmi məlumatında Azərbaycana səfərin məqsədini təsəvvür etməyə imkan verən Kerrinin Brüssel çıxışının stenoqramı da yerləşdirilib:

"Bu gün keçirdiyimiz iclasın gündəliyində Azərbaycan qazının Türkiyəyə, oradan isə Avropaya nəqli məsələsi durur".

Ekspertlər bildirir ki, "Şahdəniz-2" layihəsi ötən ilin dekabr ayında imzalansa da, qazın tezliklə nəqlidən söhbət gedə bilməz. Məlumdur ki, ilk qazın çıxarılması 2018-ci ilə, Türkiyə üzərindən nəqli isə 2019-cu ilə planlaşdırılır. Vurğulanır ki, belə olan təqdirdə Avropa yenə çıxılmaz vəziyyətə düşəcək. Norveç və Qətər qazı hamıya yetməyəcək. Ruslar artıq Rusiyanın sanksiyalarla bağlı Kerrinin bəyanatlarına ironiya ilə yanaşmağa başlayıblar. Onların qənaətinə görə, Amerika rəsmisinin bəyanatları siyasi blefdən başqa bir şey deyil. Məqsəd neytral dövlətləri öz tərəfinə çəkməkdir. Rus mütəxəssislər hesab edib ki, Avropanın Rusiya qazından imtina edəcəyi fikirləri absurddur.

Qeyd edək ki, "Nyu York Tayms" Azərbaycanla bərabər, Kerrinin Gürcüstana da səfər edəcəyini gürcü diplomatlarına istinadla yayıblar. Ancaq ABŞ Dövlət katibinin Ermənistana səfər edib-etməyəcəyi məlum deyil.

Con Kerrinin səfəri barədə məlumatın Türkiyə Silahlı Qüvvələri Baş Qərargah rəisinin 2 aprel, Türkiyə Baş nazirinin 4 aprel Bakı viziti, həmçinin Rusiya Silahlı Qüvvələri Baş Qərargah rəisinin aprelin 7-də gözlənilən səfəri ilə eyni vaxtda gündəmə gəlməsinə də ekspertlər diqqət çəkirlər.

Tarix
2014.04.06 / 02:05
Müəllif
Ruslan Məmmədoğlu
Şərhlər
Digər xəbərlər

Daha bir istiqamətdə ermənilərin mövqeləri sökülür

İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək

Mübarizə qızışır: Kim ilk ensə, ərazi onun olacaq!

Bakıya qarşı sanksiya çağırışı - İcmadan reaksiya

Əliyev İrəvana seçim üçün iki yol təklif etdi

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla