Yuxarı

Rafiq Əliyev: “Mən müxalifət adamı deyiləm”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Bilirəm Rüstəm İbrahimbəyov Azərbaycana niyə gəlmir, amma bunu ona deyə bilmərəm"

Ziyalılar Forumunun üzvü, professor Rafiq Əliyevin APA-ya müsahibəsi

- Son bir neçə ayda Ziyalılar Forumunun fəaliyyətində səngimə yaranıb, demək olar ki, fəaliyyət göstərmir. Qurumun bundan sonrakı taleyi necə olacaq?

- Ziyalılar Forumunun fəaliyyətində seçkilərlə və başqa siyasi proseslərlə əlaqədar səngimə əmələ gəldi. Mən həmişə demişəm ki, müxalifət adamı deyiləm. Mən ancaq müxalifəm. Bir ziyalı kimi mən ən birinci özümə, bir də bu cəmiyyətdə, ölkədə olan mənfi proseslərə qarşı müxalifəm. Müxalifət odur ki, o, hakimiyyət istəyir. Ona görə gərək siyasətlə siyasi partiyalar məşğul olsunlar. Mən belə düşünürəm. Məgər Mirzə Cəlil, Üzeyir Hacıbəyov hakimiyyət istəyirdi? Onların əsərlərinə baxın. Yəni ziyalı statusu bir az başqadır. Səngimə yalnız siyasi proseslərlə əlaqədar oldu. Ancaq təbii ki, Ziyalılar Forumu öz işini davam etdirəcək. Bu gün Azərbaycana sağdan-soldan, yuxarıdan-aşağıdan həddən artıq çox böyük basqılar var. Və ola bilər ki, bu basqılar getdikcə də artsın. Hesab edirəm ki, bu gün Azərbaycan üçün çatışmayan şey milli barış, milli birlikdir. O basqıların qarşısında ancaq milli birlik duruş gətirə bilər.

- Dediyiniz milli birliyə kimlər mane olur?

- Hikkə. Ad çəkə bilmirəm, ümumiyyətlə, hamı mane olur. Bir az elmi dildə desəm, Aristotel məntiqi ilə düşüncə tərzi. Kim bizimlə deyil, bizim düşmənimizdir. Yəni, ikili məntiqlə düşüncə tərzi. Mənim hələ Milli Şuradan çox qabaq bir yazım vardı. Demişdim ki, mən bir az bədgümanam, çünki hikkə qoymayacaq ki, bu birlik alınsın. Nə müxalifətin, nə o biri tərəfin, nə də müxalifətlə hakimiyyətin birliyi var. Hazırda milli birlik üçün körpü yoxdur.

- Rüstəm İbrahimbəyovla əlaqə saxlayırsınızmı? Onun Azərbaycana gəlişi gözlənilirmi?


- Mən Rüstəmi ziyalı sayıram. Rüstəm 75 yaşı olanda, ABŞ-da mən ona zəng vurub təbrik etdim. Amma nə vaxt gəlib-gəlməyəcək, deyə bilmirəm. Məsələn, mən Rüstəm İbrahimbəyova deyə bilmərəm ki, niyə gəlmirsən? Nə qədər yaxın dost olsaq da, bizim aramızda başqa səviyyədə söhbətlər gedir. Bəlkə də bilirəm niyə gəlmir, amma bunu ona deyə bilmərəm.

- Nəzərə alsaq ki, Ziyalılar Forumunun bəzi üzvləri Milli Şurada təmsil olunurdu. Ancaq siz Milli Şura yarananda bəyan etmişdiniz ki, orada təmsil olunmayacaqsınız. Bunun səbəbi nə idi?

- Mənim Milli Şuraya qoşulmaq barədə qətiyyən fikrim olmayıb və bunun da cavabını qeyd etdim. Mən hakimiyyət istəmirəm, yalnız məni narahat eləyən problemləri deyirəm.

Tarix
2014.04.06 / 00:55
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edir

Daha bir istiqamətdə ermənilərin mövqeləri sökülür

Mübarizə qızışır: Kim ilk ensə, ərazi onun olacaq!

Bakıya qarşı sanksiya çağırışı - İcmadan reaksiya

Əliyev İrəvana seçim üçün iki yol təklif etdi

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla